Mojo.az Banner
12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |     12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |     12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |     12:14 Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq  |     12:03 Kəndlərdə qızların erkən ərə verilməsinin səbəbləri AÇIQLANDI  |     12:01 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı  |     11:39 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE  |     11:14 Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM  |     19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Terrorçuluq fəaliyyətində təqsirləndirilən Azərbaycan vətəndaşlarının məhkəməsi başlayıb

26.02.2026 12:13 789
Terrorçuluq fəaliyyətində təqsirləndirilən Azərbaycan vətəndaşlarının məhkəməsi başlayıb
Terror qruplaşmasının fəaliyyətində iştirak etməkdə təqsirləndirilən Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Məhəmməd Hüseynli, Müşfiq Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış ediblər və onların barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyiblər. Müşavirə keçirən hakimlər heyəti müdafiə tərəfinin verdiyi vəsatəti təmin etməyib və həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılıb.

Sonra cinayət işinin məhkəmə baxışına verilməsi qərara alınıb və baxış iclası martın 11-nə təyin edilib.

Qeyd edək ki, DTX-nin yaydığı məlumata görə, beynəlxalq terror təşkilatları ilə əlaqəsi olan Azərbaycan vətəndaşlarından ibarət cinayətkar dəstələr formalaşdırma, ölkənin şimal bölgəsində meşə massivində yeraltı sığınacaqlar yaradılması ilə müşayiət olunan terror aktlarına hazırlıq, bu məqsədlə silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchizetmə əməlləri ilə bağlı DTX-də başlanılmış cinayət işləri üzrə kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Aparılan araşdırmalarla terrorçuluq cinayətlərinin törədilməsi məqsədilə yaradılmış dəstənin üzvləri olan Azərbaycan vətəndaşları - Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli və Dadaş Həşimovun 2024-cü ildə Azərbaycanı tərk edərək Pakistanın Əfqanıstanla sərhədində yerləşən dağlıq ərazilərdə gizləndikləri təsbit edilib.

Onların beynəlxalq terror təşkilatının tərkibində Azərbaycanın hüdudlarından kənarda döyüş təlimlərində və silahlı münaqişələrdə iştirak etmələri, cinayətkar məqsədlərlə silahlı təlimlər keçmələri müəyyənləşdirilib.

DTX tərəfindən tərəfdaş xarici xüsusi xidmət və hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində barələrində istintaq aparılan şəxslərin xarici ölkələrin ərazisində ələ keçirilərək Azərbaycana gətirilmələri təmin edilib.

Həmçinin görülən tədbirlərlə Tofiq Yusiflinin və Dadaş Həşimovun terrorçuluq fəaliyyətlərinin Azərbaycan vətəndaşları - Mir Cavad Hüseynli və Tural Ağayev tərəfindən maliyyələşdirildiyi, habelə sonuncuların digər cinayət əməlləri aşkar olunub.

Cinayətkar dəstənin üzvləri - Vüqar Nəcəfli, Camal Gözəlov, Tofiq Yusifli, Dadaş Həşimov, Mir Cavad Hüseynli və Tural Ağayev müvafiq olaraq inayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.2 (cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə) və 283-1.3-cü (dini məzhəbləri yayma, dini ayinlərin icrası adı altında, dini düşmənçilik zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış sabit qruplarda, təlimlərdə və silahlı münaqişələrdə iştirak etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilmiş, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.скачать dle 11.3
Mojo.az Banner