Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Ötən il sahibsiz qalmış neçə əmlak dövlət mülkiyyətinə keçib?

25.02.2026 22:48 435
Ötən il sahibsiz qalmış neçə əmlak dövlət mülkiyyətinə keçib?
Ötən il ümumi dəyəri 250 min manat olan 101 ədəd sahibsiz qalmış dövlət mülkiyyətinə keçən əmlak təhvil götürülüb.

Trend xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinin 2025-ci il ərzində görülən işlər barədə hesabatında qeyd edilir.

Bildirilir ki, ötən il dövlət nəfinə müsadirə edilmiş əmlakların satışı ilə bağlı 5 hərrac keçirilmiş və satılmış əmlakın dəyəri 1,6 mln. manat olub. Dövr ərzində bələdiyyə mülkiyyətində olan 557 torpağın mülkiyyətə və ya icarəyə verilməsi məqsədilə 51 şəhər və rayon üzrə 49 torpaq müsabiqəsi və 147 torpaq hərracı təşkil edilib, 499 torpaq mülkiyyətə və icarəyə verilib, 58 bələdiyyə torpağının müsabiqə və hərracı baş tutmayıb. Mülkiyyətə verilmiş torpaqların satış qiyməti 1,7 mln. manat, icarəyə verilmiş torpaqların icarə qiyməti isə 508 min manat təşkil edib. Mülkiyyətə və ya icarəyə verilən bələdiyyə torpaqlarının ümumi sahəsi 3033,58 ha (15,5 ha mülkiyyət, 3018,08 ha icarə) təşkil edib. Onlardan sahibkarlıq məqsədilə 13,14 ha olan 55, fərdi yaşayış evinin tikintisi məqsədilə 5,65 ha olan 76, kənd təsərrüfatı məqsədilə 814,13 ha olan 213, heyvandarlıq məqsədilə 2200,66 ha olan 155 torpaq sahəsi mülkiyyətə və ya icarəyə verilib.скачать dle 11.3
Mojo.az Banner