Mojo.az Banner
23:04 Robot tozsoran xəyanəti ifşa etdi  |     22:58 "Neftçi"də yeni futbolçu  |     22:48 Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra dünyasını dəyişdi  |     22:40 SEPAH-ın gizli planı ilə bağlı İrandan açıqlama  |     22:26 Sumqayıtda mənzildə meyit aşkarlandı  |     22:16 Məşhur serialda o da olacaq  |     22:10 Hər xırda məsələyə əsəbiləşən bürclər  |     22:02 Azərbaycan Polşaya nota verdi - Səfir XİN-nə çağırıldı  |     21:32 Hansı halda özbaşına tikintiyə mülkiyyət hüququ verilir? - Xidmət rəisindən AÇIQLAMA  |     21:21 Rusiyada məşhur komediyaçı ilə bağlı qərar verildi  |     21:09 Bakı metrosunda sərnişin qatar yoluna düşdü  |     21:03 Bu il neçə metrostansiya istifadəyə veriləcək? - RƏSMİ CAVAB  |     20:58 Cərimə meydançasından 7 980 manatlıq oğurluq: 3 nəfər cəzalandırıldı  |     20:50 Məhkəmə böhtan ittihamı ilə bağlı iki şəxsə bəraət verdi  |     20:45 Çörəyi tamamilə kəsmək arıqlamağa kömək edir?  |     20:39 Alkoqollu içkilərin satışı mağazasında saxta içkilər aşkarlandı  |     20:25 Həbsxanaya ayaqqabının içində telefon keçirmək istədi  |     20:20 Bloger Tbilisidə yaşadığı mənzildə ölü tapıldı  |     20:13 "Gənclər 500 manat maaşla necə yaşasınlar?" - İlham Namiq Kamal  |     20:07 10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb  |    
Left Banner
Right Banner

Bakı və Gəncədə dövlət əmlakları satışa çıxarılacaq

24.11.2025 12:24 717
Bakı və Gəncədə dövlət əmlakları satışa çıxarılacaq
Dekabrın 23-də Bakı və Gəncə şəhərlərində bir neçə dövlət əmlakı üzrə təkrar hərraclar keçiriləcək.

Median.Az
Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, təkrar satışa 3 obyekt çıxarılıb.

Bakı şəhərinin Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən metal məmulatlarının təmiri və hazırlanması emalatxanası satışa çıxarılacaq. Emalatxananın ümumi faydalı sahəsi 699.7 kvadratmetr, özəlləşdirilən torpaq sahəsi isə 4528.6 kvadratmetrdir. Əmlakın ilkin satış qiyməti 50 min manat, torpaq sahəsinin start qiyməti isə 90 min manat olmaqla ümumi start məbləği 140 min manat təşkil edir.

Bakı şəhərində hərraca çıxarılacaq digər obyekt Suraxanı rayonu Günəşli qəsəbəsi AB massivində yerləşən 42 saylı mağazadır. Mağazanın ümumi sahəsi 1664.4 kvadratmetrdir və 400 min manat start qiyməti ilə satışa çıxarılıb.

Gəncə şəhərində isə 3 saylı avtodayanacaq hərraca çıxarılacaq. Kəpəz rayonunun 1-ci mikrorayonunda yerləşən obyektin ümumi sahəsi 140.8 kvadratmetr, özəlləşdirilən torpaq sahəsi isə 2504.8 kvadratmetrdir. Obyektin ilkin satış qiyməti 12 500 manat, torpaq sahəsinin start qiyməti isə 62 500 manat olmaqla ümumi məbləğ 75 min manatdır.скачать dle 11.3
Mojo.az Banner