Mojo.az Banner
23:01 Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının katibinin görüşü olub - FOTO  |     22:53 Sakinlərə ŞAD XƏBƏR: Bu metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq  |     22:48 Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA  |     22:40 Bakıda gecə klubunun qarşısındakı qətlin ŞOK TƏFƏRRÜATI: Şahid danışdı  |     22:35 Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb - FOTO  |     22:28 Bakıda kişi sükan arxasında öldü  |     22:23 Bürclərə bağlılıq: Maraqlı psixoloji əlaqə  |     22:16 Gecə saat 4-də səhvən sirkə içdi, xəstəxanada öldü  |     22:11 Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı  |     22:02 Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək  |     21:57 Kərə yağı ucuzlaşır – İqtisadçı səbəbləri açıqladı  |     21:50 “ChatGPT”nin yeni modelində təhlükəsizlik problemi aşkarlandı  |     21:42 Narın içində qurd yoxdur, amma yenə də çürüyür  |     21:37 "215"dən şikayət: “Pilləkəndə sıxılıb qalırıq, qapılar zorla bağlanır” – VİDEO  |     21:30 İnternet olmadan işləyəcək - "WhatsApp"da yenilik  |     21:24 Ermənistan Kərkini qaytarır? - Qriqoryandan AÇIQLAMA  |     21:15 Azərbaycanda 3 gün ardıcıl iş olmayacaq: Tarixlər açıqlandı  |     21:10 "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi  |     20:56 Azərbaycanda kuryoz olay: Süni intellekt şöbəsinin əməkdaşlarının kompüteri yoxdur (VİDEO)  |     20:51 Kirayə yaşadıqları mənzili satdılar: 196 minlik dələduzluğun detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

17 nəqliyyat vasitəsi satışa çıxarılır: Qiymətlər 1 300 manatdan başlayır

19.11.2025 18:15 495
17 nəqliyyat vasitəsi satışa çıxarılır: Qiymətlər 1 300 manatdan başlayır
Dekabrın 18-də müxtəlif dövlət qurumlarının balansında olan nəqliyyat vasitələri hərraca çıxarılacaq. Hərracda ümumilikdə 17 nəqliyyat vasitəsi satışa təqdim olunacaq.

Median.Az
Valyuta.az-a istinadən xəbər verir ki, hərraca çıxarılan avtomobillər arasında Xarici İşlər Nazirliyinin balansında olan 2014-cü il buraxılışlı "Honda Accord" 9 000 manat start qiyməti ilə, 2011-ci il buraxılışlı "Nissan Teana" isə 8 500 manat start qiyməti ilə satışa çıxarılıb.

Eyni zamanda, "BMW 528i" 14 000 manat, "BMW 740Li" isə 12 500 manat start qiyməti ilə təklif olunur. Avtomobillər müvafiq olaraq 2012-ci və 2014-cü illərə aiddir.

Digər qurumlar tərəfindən təqdim olunan nəqliyyat vasitələri arasında Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi tərəfindən satışa çıxarılan "Hyundai County" (2003-cü il, 9 700 manat) və "Isuzu Ecobus" (2012-ci il, 13 300 manat) avtobusları da yer alır.

Hərracda, həmçinin yük və xüsusi təyinatlı avtomobillər də var. "Azəristiliktəchizat" ASC-yə məxsus 1989-cu il buraxılışlı "UAZ-3741" 1 300 manata, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Zuğulba" iqamətgahının balansındakı 2006-cı il buraxılışlı "ZiL-433362" isə 4 700 manat start qiyməti ilə təklif olunur.

Hərracda iştirak etmək üçün start qiymətinin 10%-i qədər beh ödənilməsi tələb olunur.скачать dle 11.3
Mojo.az Banner