Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:08 Avtomobil və ev sahiblərinin diqqətinə: Küləkli havada... | 16:03 Bu marşrutun hərəkət sxemi dəyişdirildi | 15:55 Deputatdan rus bölməsinə etiraz: "157 min şagirdin xərclərini də dövlət ödəyir" | 15:53 Bakıda məşhur restoran yanır - VİDEO | 15:49 Azərbaycanda minimum əməkhaqqı 500 manat civarında olacaq | 15:47 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin işi məhkəməyə göndərildi | 13:59 Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - Yeni qaydalar | 13:47 Ötən ay 130 nəfər Azərbaycandan deportasiya edilib | 13:43 "Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə təsdiqləndi | 13:42 İlham Əliyev Gənclər və İdman Nazirliyinə bir milyon manat ayırdı | 13:41 Dövlət xidmətinə yeni səlahiyyət verildi, işçilərinin say həddi artırıldı - Fərman | 13:40 Həmkəndlisini qısqanclıq zəminində öldürüb basdıran şəxsə hökm oxundu | 13:39 İşdən çıxarılan generala yeni vəzifə verildi | 13:37 Dövlət qulluğuna müsabiqə ilə bağlı yenilik | 13:36 Azərbaycanda bəzi şəxslər dövlət qulluqçusu ola bilməyəcəklər | 13:31 Qədəşovun kürəkəninə 11 il həbs - “Atlant” müsadirə edildi | 13:25 Həkimdən XƏBƏRDARLIQ: Güclü külək bu xəstəlikləri ağırlaşdıra bilər | 13:18 Bakıda polis əməkdaşı vəfat etdi - FOTO | 13:16 Prokuror generalın dələduzluqda ittiham olunan qızının həbsini tələb edir | 13:15 Dövlət qulluqçusunun pedaqoji fəaliyyəti yeni qaydada tənzimlənəcək |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 43 nəfər işsiz qaldı - ÖZƏL

24.02.2026 16:24 465
Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 43 nəfər işsiz qaldı - ÖZƏL
Tovuz Rayon İcra Hakimiyyətinin 43 əməkdaşı vəzifəsindən azad edilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, icra hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar həmin şəxslərin dövlət qulluğuna xitam verilib. Bu barədə icra başçısı Məmməd Məmmədov sərəncam imzalayıb.

Sərəncama əsasən, icra hakimiyyətinin həmin əməkdaşları işlərini itiriblər. İşlərini itirənlər əsasən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi - baş mühasibi və sürücü vəzifələrində çalışanlar olublar.

Məlumata görə, icra hakimiyyətində aparılan struktur dəyişikliyi ilə əlaqədar ümumilikdə 48 ştat ləğv edilib. Həmin şəxslərdən 5 nəfər adıçəkilən qurumun aidiyyəti bölmələrində işlə təmin olunsalar da, 43 nəfər işsiz qalıb. Həmin şəxslər rayon icra hakimiyyətində sərəncama götürülüblər.

Qeyd edək ki, bundan əvvəl Ağsu Rayon İcra Hakimiyyətinin 14 əməkdaşı vəzifəsindən azad edilib.

Son xəbərlər