Mojo.az Banner
12:09 Bakı aeroportunda pul tapdı, dilənçilərə 3 min manat payladı  |     12:06 "Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası - Video  |     11:41 Əfv edilənlərin arasında Martin Ryan da var  |     11:39 Qızılın qiyməti düşür – Azərbaycanda nə qədər ucuzlaşa bilər?  |     11:36 Sürücülərin NƏZƏRİNƏ: Tıxaca düşməmək üçün bu yolları seçin  |     11:34 İnternetin qiyməti yenidən bahalaşdı, keyfiyyət isə dəyişmədi – AÇIQLAMA  |     23:01 Bu rayonun bəzi ərazilərində işıq olmayacaq  |     22:55 Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı  |     22:48 Payız Azərbaycana bu gecə daxil olacaq  |     22:43 Bu ərazilərdə yaşayanlar köçürüləcək  |     22:34 Bakıda bütün universitetlər distant təhsilə keçdi  |     22:29 “İçərişəhər” istiqamətində yeni nəsil qatarların sayının az olmasının səbəbi açıqlandı  |     22:22 Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşüb  |     22:18 Paytaxt yollarında sıxlıq: Məlumat lövhəsi olmayan qazıntı ərazisi - Video  |     22:16 İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı - Agentlikdən açıqlama (Yenilənib)  |     22:13 Biləcəri qəsəbəsində daşan kanalizasiya sakinlər üçün təhlükə yaradır - Video  |     21:59 Cəlilabadda bədbəxt hadisə baş verib  |     21:53 Naxçıvanda sürət yarışı keçirən qohumlar TUTULDU  |     21:45 Xəbərdarlıq edildi: 24 sentyabrdan...  |     21:40 Azərbaycanda işləmək istəyən əcnəbilərin sayı bəlli oldu - RƏSMİ  |    
Mojo.az Avto
Mojo.az Avto

Azər Axşam: "Bu gün dava-dalaş, intriqa, qalmaqal salan aparıcılar lazımdır"

24.02.2026 12:57 534
Azər Axşam:
"Doğum günümdə ailəmlə birlikdə oldum. Sözün düzü, mən dəbdəbəli, səs-küylü ad günləri qeyd etmirəm. Övladlarım, ailəm, sevdiklərim üçün ən böyük arzum sağlam olmaq və salamatlıqdır".

Median.Az
xəbər verir ki, bunu "Moderator"a açıqlamasında tanınmış aktyor, aparıcı Azər Axşam deyib.

O, daha sonra sənətlə bağlı arzularından danışıb:

"Bir sənət adamı kimi də arzum budur ki, mədəniyyət və incəsənət istədiyimiz formaya düşsün. Əfsuslar olsun ki, bu gün istədiyimiz nüanslar, amillər yoxdur. Bir sözlə hər şeyimizi itirə-itirə gedirik. Məni ağrıdan odur ki, 30 illik torpaqlarımızı qaytardıq, amma əvvəlki mənəvi dəyərlərimizi, mədəniyyətimizi, səviyyəmizi geri qaytara bilmirik. Amma bu həyatda təkcə ölümə çarə yoxdur. İnanıram ki, gec-tez hər şey öz yerini tapacaq".

Azər Axşam hazırda aktiv aparıcılıq fəaliyyəti ilə məşğul olmadığını bildirib.

"Ola bilər ki, bu gün mənim kimi aparıcılara televiziyanın o qədər də ehtiyacı yoxdur?! Daha çox dava-dalaş, intriqa, qalmaqal salan aparıcılar lazımdır", - deyə aktyor bildirib.скачать dle 11.3
Mojo.az Banner