Mojo.az Banner
19:29 Lerikdə 5 ton narkotik bitki məhv edildi  |     19:24 Notariat fəaliyyəti ilə məşğul olmaq istəyənlər imtahan verəcək  |     19:10 Tikilən yeni ev mənzilini yarasız hala saldı - VİDEO  |     19:03 Rusiya bu ölkələrlə dəmir yolu keçidini bağlayır  |     18:21 Bu şirkətdə milyonluq yeyinti - Həbs edilənlər var  |     18:08 Azərbaycanda 45 nəfərə pulsuz mənzil veriləcək  |     17:50 Ölkədə bəzi şəxslərin evləri PULSUZ TƏMİR OLUNACAQ  |     17:29 "Qarabağ" böyük hesabla uduzdu  |     17:16 Goranboyda həkim qadının meyiti göldən tapıldı  |     17:08 Əli Əsədov BMT Baş katibinin xüsusi elçisi ilə görüşüb  |     16:54 Avropa Komissiyasının Prezidenti Azərbaycana gəldi  |     16:28 Rusiya Silahlı Qüvvələri Ukraynada iki yaşayış məntəqəsini nəzarətə götürdü  |     16:09 Göldə 53 yaşlı həkimin meyiti tapıldı  |     15:55 AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır  |     15:29 II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək - Tarix açıqlandı  |     15:24 Leyla Əliyeva "Azəripək" ASC-nin fəaliyyəti ilə yaxından tanış olub - FOTO  |     15:17 Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib - FOTO  |     14:52 Alimlərdən xəbərdarlıq: Mart ayından bəri ən güclü maqnit qasırğası gözlənilir  |     14:44 Bəzi qatarların hərəkət qrafiki dəyişdi  |     14:20 Xarici universitetlərdən yerdəyişmə etmək istəyən TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ  |    
Left Banner
Right Banner

Çayxanalarda qurulan tələ: "İşə düzəldəcəyəm" deyib minlərlə manat aldı

23.02.2026 12:14 285
Çayxanalarda qurulan tələ:
Yasamal Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Yusiflinin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

Qeyd edilib ki, ibtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü (dələduzluq) maddələri ilə irəli sürülmüş ittiham üzrə cinayət işi baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.

İttiham aktına əsasən, Samir Yusifli Naxçıvan Muxtar Respublikasının (MR) Qaz İstismar Xidmətinin Təmir-Tikinti və Quraşdırma İdarəsində baş mühəndis vəzifəsində işlədiyi müddətdə qulluq mövqeyindən istifadə edərək, tamah niyyəti ilə etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə bir neçə epizod üzrə dələduzluq əməlləri törədib.

Belə ki, 2025-ci ilin aprel ayında o, Naxçıvan şəhəri Ə.Əliyev küçəsində yerləşən çayxanada tanışlıq əlaqəsi qurduğu F.F.-yə yalan vədlər verib. Təqsirləndirilən şəxs zərərçəkmişin övladını sözügedən idarədə mühəndis vəzifəsinə işə düzəldəcəyini bildirib və bu məqsədlə ondan 7 000 manat məbləğində pul alaraq dələduzluq yolu ilə ələ keçirib.

İttiham aktında göstərilir ki, Samir Yusifli 2025-ci ilin iyul ayının əvvəllərində keçmiş iş yoldaşı D.D.-ni Su İdarəsinə müavin vəzifəsinə işə düzəltmək adı ilə aldadıb. Bu məqsədlə o, zərərçəkmişdən ümumilikdə 5 500 manat məbləğində pul alaraq ələ keçirib.

Digər epizod üzrə təqsirləndirilən şəxsin 2025-ci il iyulun 9-da Naxçıvan şəhəri 49-cu məhəllədə yerləşən restoranın çayxanasında onunla əlaqə saxlayan zərərçəkmiş H.H.-yə yalan vədlər verib. Samir Yusifli zərərçəkmişin övladını həmin idarənin şöbə müdiri vəzifəsinə işə düzəldəcəyini vəd edərək 10 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Həmin tarixdə və eyni məkanda baş vermiş digər epizodda isə təqsirləndirilən şəxsin zərərçəkmiş S.S.-in övladını işə düzəltmək adı ilə aldadaraq 12 000 manat məbləğində pulunu ələ keçirib.

Bundan başqa, 2025-ci ilin avqust ayının sonlarında Samir Yusifli əvvəllər iş yoldaşı olmuş zərərçəkmiş E.E.-ni Su Meliorasiya İdarəsinə müavin vəzifəsinə işə düzəltmək vədi ilə aldadıb. O, Bakı şəhəri Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin inzibati binasının yaxınlığındakı çayxanada zərərçəkmişdən 5 000 manat məbləğində pul alaraq mənimsəyib.

Məhkəmə iclasında Samir Yusiflinin müdafiəçisi şifahi vəsatət qaldıraraq cinayət işinin ərazi aidiyyəti üzrə Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsini xahiş edib. Təqsirləndirilən şəxs müdafiəçisinin vəsatəti ilə razılaşaraq işin Naxçıvan Şəhər Məhkəməsinə göndərilməsini xahiş edib.

Dövlət ittihamçısı isə vəsatətə etiraz edərək onun təmin olunmamasını, hazırlıq iclasının davam etdirilərək işin məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş edib.

Məhkəmə müdafiəçinin şifahi vəsatətini, təqdim edilən hüquqi əsasları və proses iştirakçılarının mövqelərini araşdıraraq belə qənaətə gəlib ki, vəsatət əsaslıdır. Qərara əsasən, cinayət işi ərazi aidiyyəti üzrə baxılması üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.скачать dle 11.3
Mojo.az Banner