Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Yasamaldakı meşəlikdə bina tikiləcək? - Video

20.02.2026 22:05 444
Yasamaldakı meşəlikdə bina tikiləcək? - Video
Yasamaldakı Qanlıgölün ətrafında yerləşən meşəlik ərazidə ötən ildən bəri park salınacağı ilə bağlı lövhə quraşdırılsa da, heç bir addım atılmır.

Median.Az
İTV-yə istinadən xəbər verir ki, əksinə, həmin ərazidə quruyan və kəsilən ağacların sayı artır.

Sakinlər bildirir ki, sözügedən ərazidə həm ağaclar seyrəlir, həm də qazıntı işləri gedir.

Onlar iddia edirlər ki, ərazidə park salınmayacaq, yaşayış binaları tikiləcək: “Çalışdığımız qədər buna imkan verməyəcəyik, çünki əsas yaşıllıqdır. Hər yerdə bina tikməklə deyil ki! Həmin ərazidə park salınsa, yaxşı olar”.

Tikinti şirkətindən isə bildirilib ki, sözügedən ərazidə yaşıllıq zonası və park salınması nəzərdə tutulub: “Bu plan hazırda da qüvvədədir. Layihə üzrə ilkin hazırlıq işləri aparılıb. Sadəcə olaraq mövcud torpaq sahəsinin hüquqi statusu tam rəsmiləşdirilməyib. Bununla bağlı aidiyyəti dövlət qurumlarına müraciət edilib. Prosesin qanuni tərəfləri tam həllini tapandan sonra işlərə start veriləcək. Biz park layihəsini reallaşdırmaqda maraqlıyıq”.

Xəbəri rus dilində oxuyun: Парк "на бумаге": жители против застройки у Ганлыгёль - ВИДЕО

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumatda isə qeyd edilib ki, 2024-cü ildə Yasamal Rayon İcra Hakimiyyətinə müraciət əsasında Dövlət Ekoloji Ekspertiza Agentliyi ərazidəki quruyan ağacların götürülməsinə rəy verib və proses icra edilib: “Həmin tarixdən indiyədək şamlıqda ağac kəsintisi qeydə alınmayıb”.

Daha ətraflı videomaterialda:скачать dle 11.3
Mojo.az Banner