Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Xətaidə yaşıllıqlar məhv edilir: "Aldatdılar ki, burada park olacaq" (Video)

09.01.2026 15:53 396
Xətaidə yaşıllıqlar məhv edilir:
Bakının Xətai rayonu ərazisində, Gəncə prospekti ilə Nəsrəddin Tusi küçəsini birləşdirən hissədə ağacların kəsildiyi bildirilir. Sakinlərin sözlərinə görə, uzun illərdir əkib-becərdikləri yaşıllıqlar tikinti şirkətlərindən biri tərəfindən məhv edilib, bəzi ağaclar yandırılıb, bəziləri isə kəsilib.

Eyni zamanda ərazidə yerləşən pilləkənlərin dağıdıldığı qeyd olunur.

"Bir günün içində 50 ilin pilləkənlərini məhv etdilər. Əvvəl bizi aldatmaq üçün dedilər ki, burada park olacaq. Sonra gördük ki, bina tikmək istəyirlər", - deyə sakinlərdən biri narazılığını ifadə edib.

Məsələ ilə bağlı sözügedən tikinti şirkəti - "Hayat Residence" MMC-nin direktoru Miralə Ağayeva açıqlama verib. O bildirib ki, ərazidə ağacların kəsilməsi və ya yandırılması şirkət tərəfindən həyata keçirilməyib.

Direktorun sözlərinə görə, aparılan işlər Şəhərsalma və Arxitektura Komitəsinin razılaşdırılmış əsaslandırma sənədlərinə uyğun icra olunur: "Layihədə sözügedən ərazidə mövcud pilləkənlərin sökülərək yenidən qurulması nəzərdə tutulub. Layihə çərçivəsində ərazidə dörd ədəd bina inşa ediləcək, eyni zamanda yaşıllıq salınacaq, pilləkənlər bərpa olunacaq və park yaradılacaq. Bütün bu işlər yenidənqurmadan sonra sakinlərin rahatlığı və səmərəli istirahəti üçün nəzərdə tutulub".

O əlavə edib ki, ərazidəki ağacların köçürülməsi üçün aidiyyəti quruma müraciət olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə ağacların kəsilməsi faktını təsdiqləyib.

"Əraziyə baxış zamanı hasara alınmış sahədə ağacların kəsildiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi məqsədilə hazırlanır", - deyə Nazirlikdən vurğulanıb.

Qeyd olunub ki, ərazidə mövcud yaşıllıqlar qeydiyyata alınaraq onlara identifikasiya etiketi vurulub.
скачать dle 11.3
Mojo.az Banner