Mojo.az Banner
18:13 Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər - Bill Qeyts  |     17:48 Formula 1 Azərbaycan Qran-Prisinin qalibləri mükafatlandırıldı  |     17:39 Mbappenin son vəziyyəti açıqlandı  |     17:23 Xaricdə iş vədi ilə 20 min manatlıq dələduzluq edən saxlanıldı  |     17:15 Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu  |     17:02 “Qarayaxma aparanların ölkəyə girişi qadağan edilə bilər”  |     16:39 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:38 Bakıda qətlə yetirilən Masallı sakini qarət məqsədilə öldürülüb  |     16:29 Formula 1 Azərbaycan Qran-Prisində ilk qəza  |     16:08 İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar  |     15:55 Bakıda valideynləri dalaşan qız ölümdən döndü  |     15:47 Stroll üçün Bakı yarışı başa çatdı  |     14:36 Polis ötən gün 57 nəfəri saxlayıb  |     14:30 Bu gün İngiltərə və İspaniyanın oyunu var  |     14:23 Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - YENİLƏNİB  |     14:11 Təqaüdçülərin pullarını oğurlayan şəxs ƏLƏ KEÇDİ - VİDEO  |     14:05 Yardımlı polisindən ƏMƏLİYYAT: Keçmiş məhkumlar tutuldular  |     13:57 Laçında traktor MİNAYA DÜŞDÜ  |     13:56 NATO təlimində şok insident: Hərbçilərə atəş açıldı  |     13:55 Azərbaycan neftinin SON QİYMƏTİ  |    
Mojo.az Avto
Mojo.az Avto

Ukraynada 36 milyonluq korrupsiya: Direktor həbs olundu

20.02.2026 21:14 699
Ukraynada 36 milyonluq korrupsiya: Direktor həbs olundu
Ukraynada Dövlət Ehtiyatlarının İdarə Edilməsi Agentliyində irimiqyaslı mənimsəmə sxemi aşkar edilib.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) məlumat yayıb.

Hüquq-mühafizə orqanları qurumun keçmiş baş direktorunu və onun beş əlbirini saxlayıb. Onlar dövlət büdcəsindən 36 milyon qrivna (təxminən 1,4 milyon manat) mənimsəməkdə şübhəli bilinirlər.

İstintaqın məlumatına görə, şübhəlilər dövlət anbarlarını süni şəkildə aşağı qiymətlərlə icarəyə verib, daha sonra isə həmin obyektləri bazar qiymətinə müəssisələrə kirayələyərək əldə etdikləri mənfəəti öz aralarında bölüşüblər. Onların aylıq qanunsuz gəlirinin 1 milyon qrivnaya qədər olduğu bildirilir. Mənimsənilən vəsaitin lüks daşınmaz əmlak və avtomobillərin alınmasına xərcləndiyi qeyd olunur.

Saxlanılan şəxslərin evlərində və iş yerlərində keçirilən axtarışlar zamanı smartfonlar, kompüterlər və cinayət fəaliyyətini təsdiqləyən sənədlər müsadirə edilib. Onlara Ukrayna Cinayət Məcəlləsinin 255-ci (cinayətkar təşkilatın yaradılması və idarə olunması) və 191-ci (külli miqdarda əmlakın mənimsənilməsi) maddələri ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxsləri 12 ilə qədər azadlıqdan məhrumetmə və əmlakın müsadirəsi cəzası gözləyir.скачать dle 11.3
Mojo.az Banner