Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Ukraynada keçmiş dövlət məmuru saxlanıldı

05.09.2025 16:03 1 008
Ukraynada keçmiş dövlət məmuru saxlanıldı
Ukrayna Təhlükəsizlik Xidməti Kiyevdə Dövlət Vergi Xidməti rəhbərinin keçmiş müavinini saxlayıb.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidməti və Kiyev Şəhər Prokurorluğu sosial şəbəkə hesablarında məlumat verib.

Məlumata görə, saxlanılan Yevgeni Bambizov adlı şəxs 1.5 milyard qrivna (62 milyon manat) kölgə dövriyyəsi olan "konversiya mərkəzi" yaradıb, 2023-2025-ci illər arasında dörd şəriki ilə birlikdə pulların yuyulması ilə məşğul olub və pulların əhəmiyyətli bir hissəsi büdcədən oğurlanıb.

İstintaqın məlumatına görə, o, vəkillik fəaliyyəti adı altında şərikləri ilə birlikdə 14 uydurma idxalçı müəssisə və 80-ə yaxın tranzit şirkəti yaradıb. Bu şirkətlər üzərindən müştərilərə vergilərin minimuma endirilməsi xidmətləri göstərilib. Bu strukturlar vasitəsilə ümumi dövriyyə isə 1.5 milyard qrivnanı (62 milyon manat) ötüb.

Konversiya mərkəzinin müştəriləri büdcə qurumları üçün müqaviləli işlər görən və dövlət vəsaitlərini mənimsəməyə çalışan kommersiya strukturları olub. Təşkilat iştirakçıları saxta şirkətlər vasitəsilə müəssisələrin, o cümlədən də dövlət müəssisələrinin vəsaitlərini kölgə dövriyyəsinə köçürüblər.

Fiqurantlar əsasən yalnız "kağız üzərində" fəaliyyət göstərən onlarla saxta şirkət yaradıblar, həmçinin Kiyevdə ofis icarəyə götürüblər və orada kölgə sənədləşmələrini mühafizə ediblər.

Sxem iştirakçıları təşkilatçı ilə birlikdə saxlanılıblar. Onların hamısını əmlakı müsadirə olunmaqla, 12 ilə qədər həbs gözləyir.

Son xəbərlər