Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü

20.06.2026 20:02 546
Rusiyada həmkəndlisindən 41 min manat aldı, Şəkiyə qayıdıb borc yiyəsini döydü
Şəki Ağır Cinayətlər Məhkəməsində həmkəndlisini döyməkdə təqsirləndirilən Bünyad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
Oxu.az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B.Məmmədov 3 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.

İttihama görə, hadisə Şəki rayonunun Kişik Dəhnə kəndində baş verib. Əslən eyni kənddən olan Rusiya vətəndaşları Bünyad Məmmədov və Elşən Məmməhəsənov uzun müddət Rusiyada alverlə məşğul olublar. Elşən tanışlarından nisyə mallar götürərək satmaq üçün Bünyada verib. Bir müddətdən sonra Bünyad Elşənin tanışlarından satmaq üçün mal götürüb və sonradan həmin malların pullarını qaytarmayıb. Həmin pulu Elşən ödəyib və Bünyadın ona ümumilikdə 41 min manat borcu yaranıb.

Bir müddətdən sonra Elşən Azərbaycana qayıdaraq Şəkidə işləməyə başlasa da, Bünyad ona borcunu qaytarmayıb. Ötən il isə Bünyad Rusiyadan Azərbaycana - yaşadığı Kiçik Dəhnə kəndinə qayıdıb. Bir müddətdən sonra Elşən Bünyadla kənd ərazisindəki çayxanada rastlaşıb və ondan pulunu istəyib. Bünyad isə Elşənə borcunun olmadığını iddia edib və tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Bünyad Elşənin baş və bədən nahiyəsinə zərbələr endirərək ona ağır xəsarətlər yetirib. Elşən xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Bünyad Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Son xəbərlər