Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq?

20.06.2026 18:47 501
Paytaxtda fərqli iş qrafikləri tətbiq olunacaq: Tıxaclar azalacaq?
Bakıda iş vaxtlarının fərqli saatlarda başlaması üçün konkret addımlar atılacaq. Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillərin yaxın zamanlarda tamamlanması nəzərdə tutulur.

Median.Az
mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Paytaxtda iş qrafiklərinin mərhələli şəkildə dəyişdirilməsi və işə başlama saatlarının fərqləndirilməsi məsələsi yenidənn gündəmə gəlib. "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapan bu məsələ paytaxtda nəqliyyat sıxlığının azaldılması istiqamətində nəzərdən keçirilən mexanizmlərdən biri hesab olunur. Sənədə əsasən, dövlət orqanlarının, təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulur.

Yaxın vaxtlarda konkret addımların atılması gözlənilir

Millət vəkili Vüqar Bayramov mətbuata açıqlamasında bildirib ki, bu istiqamətdə artıq yaxın vaxtlarda konkret addımların atılması gözlənilir və proses məhz 2026-ci ilin sonuna qədər həyata keçiriləcək:

"Dəyişkən iş qrafikinin tətbiqi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, TƏBİB və Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən aparılan təhlillər yaxın zamanlarda tamamlanmalıdır. Bununla da, Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək siyahılara əsasən, dəyişkən iş rejimi təşkil olunacaq".

Deputat bildirib ki, fərqli işə başlama saatları nəqliyyat yüklənməsini bölüşdürür və səhər-axşam pik vaxtlarda sıxlığı azaldır:

"Avropa təcrübəsi göstərir ki, dəyişkən iş qrafiki yol-nəqliyyat sıxlığını azaldır, ictimai nəqliyyatda yüklənməni bölüşdürür, işçi məhsuldarlığını artırır və şəhər infrastrukturuna düşən təzyiqi azaldır".

V.Bayramov qeyd edib ki, dəyişkən iş qrafikinin tətbiqi nəqliyyat sıxlığını tam aradan qaldırmaq deyil, azaltmaq üçün tətbiq olunur. Belə ki, nəqliyyatda sıxlığın aradan qaldırılması infrastrukturun genişləndirilməsi ilə yanaşı, oxşar digər dolayı tədbirlərin icrasından birbaşa asılıdır.

Avropada da dəyişkən iş rejimi tətbiq edilir

Qeyd edək ki, bir çox inkişaf etmiş ölkələrdə, xüsusilə Avropada dəyişkən iş rejiminin artıq tətbiq olunduğu və bu modelin konkret nəticələr verdiyi bildirilir. Nəqliyyat üzrə elmi araşdırmalar da göstərir ki, insanların hamısının eyni saatda işə başlaması nəqliyyat sistemində "pik yük" yaradır. İşə başlama vaxtlarının fərqləndirilməsi isə nəqliyyat axınını gün ərzində daha bərabər bölüşdürərək hərəkət sürətini artıra və səfər müddətini azalda bilər.

Cəmiyyətdə bu dəyişikliyin tıxacların azalmasına real təsirinin necə olacağı böyük maraq doğurur. Ekspertlər arasında bu addımın paytaxtdakı xroniki tıxac probleminin həllinə nə dərəcədə təsir göstərə biləcəyi ilə bağlı fərqli yanaşmalar mövcuddur.

İqtisadçı Elşən Bağırzadənin sözlərinə görə, dünya təcrübəsində çox az ölkədə iş saatlarını məhz tıxaca görə tənzimləmək təcrübəsi mövcuddur:

"İş saatları daha çox şəhərin havasına, iqtisadi mühitinə görə tənzimlənir. Məsələn, ərəb ölkələrində hava çox isti olduğu üçün onlarda iş səhər 8:00-da başlayır və günorta 13:00-a kimi davam edir. Bundan sonra işçilər evə gedirlər. Onlar bir də axşamüstü 17:00-da yenidən işə gəlirlər və 20:00-ə qədər işləyirlər. Bizdə bəzi iş yerlərində insanlar 15:00-a qədər işləyirlər, sonra sosial həyatlarının ardınca gedirlər. İş qrafikinin bölünməsi o zaman effekt gətirər ki, bu bölgü düzgün olsun".

İqtisadçının fikrincə, Bakıda tıxaclara ən çox təsir göstərən orta məktəblərə gedənlərdir:

"Tələbələr daha çox metrodan istifadə edirlər. Amma uşaqları məktəbə adətən taksilərlə, şəxsi maşınlarla aparırlar. Bu da yollarda sıxlığa səbəb olur".

Ekspertin fikrincə, iş qrafikinin düzgün bölünməsinin tıxaclara tam deyil, yalnız müəyyən təsiri ola bilər:

"Burada ən önəmli məsələ koordinasiyanın pozulmaması - müəssisələrin bir-biri ilə əlaqələrinin qorunub saxlanması vacib amildir. İş qrafikinin bir saat fərqli olması gün ərzində iki saat itkiyə bərabərdir. Bir-birindən asılı olmayan təşkilatlar üçün fərqli iş saatları olmalıdır ki, itki baş verməsin".

Nəzərdə tutulan 67 tədbirdən biri

Hüquq müdafiəçisi Sahib Məmmədov da iş qrafikinin dəyişdirilməsinin nəqliyyat tıxaclarının aradan qaldırılmasında mühüm rol oynayacağına şübhə ilə yanaşır. Onun sözlərinə görə, Bakı şəhərinin nəqliyyat infrastrukturunun tənzimləməsini nəzərdə tutan Dövlət Proqramında yeni yolların çəkilməsi, körpülərin salınması, keçidlərin qurulması və s. kimi 67 tədbir nəzərdə tutulub. Bunlardan biri də iş qrafiklərinin tənzimlənməsi ilə bağlıdır:

"İş qrafiki, məktəblərdə tənzimləyici tədbirlərin görülməsi əlavə tədbirlər kimi nəzərdə tutulub. Bu, yalnız dövlət sektorunda mümkün ola bilər. Xırda özəl müəssisələrdə - ticarət obyektlərində, kiçik ofislərdə kim qrafikin tənzimlənməsinə nəzarət edəcək? Dövlət sektorunun da hamısında bunu etmək mümkün deyil. Elə iri zavodlar var ki, onlar 24/7 saat növbə rejimində işləyirlər. Orada bu tənzimləmə alınmayacaq".

S.Məmmədovun sözlərinə görə, bəzi dövlət orqanları var ki, onlarla bağlı təkliflər Nazirlər Kabinetinə təqdim edilib:

"Dövlət Proqramında da nəzərdə tutulan odur ki, dövlət orqanları təkliflər versin. Verilən təkliflərə baxılacaq və ondan sonra qərar veriləcək. Amma açığı, şəxsən mən bu keçidin ciddi fayda verəcəyinə inanmıram. Bu, 67 tədbirin kontekstində, yalnız bir az kömək edə bilər".

Son xəbərlər