Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda modelin döşəyin altında gizlətdiyi pullar oğurlandı

20.06.2026 19:49 522
Bakıda modelin döşəyin altında gizlətdiyi pullar oğurlandı
Bakıda modelin ev almaq üçün yığdığı pul oğurlanıb.

Hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb.

İttiham aktına görə, 42 yaşlı Xatirə İsayeva (ad və soyad şərtidir) model olan qardaşı qızı Samirənin (şərti adla) pulları çarpayının döşəyinin altında gizlətdiyini görüb. Gecə saat 1 radələrində sərxoş halda həmin pulların yeri yadına düşüb və oğurluq etmək qərarına gəlib. Beləliklə Xatirə Samirənin yığdığı pullardan 4500 manatı götürüb və hissə-hissə xərcləyib. Samirə oğurluğu biləndə, pulların yerini yalnız bibisinin bildiyini düşünüb və ondan şübhələnib.

Faktla bağlı Xatirə İsayeva saxlanılıb və barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, 2022-ci ildə Türkiyədə ərindən boşanaraq, Bakıya gəlib. Nəsimi rayonunda xalası ilə bir evdə qalıb. Qardaşı qızı Samirə də qonşuluqda qalırmış. Bir gün Samirənin 20 min manat pulu yatdığı çarpayının döşəyinin altına qoyduğunu görüb və maddi vəziyyəti çətin olduğu məlum oğurluğu törətmək qərarına gəlib.

Xatirə İsayeva əməlindən peşman olduğunu, zərərçəkənlə barışdığını və dəymiş ziyanı ödədiyini bildirib.

Modellik fəaliyyəti göstərən zərərçəkən Samirə İsayeva həmin pulları ev almaq üçün yığdığını bildirib. Onun sözlərinə görə, atasından qalma torpağı da sataraq pulun üstünü düzəldib. Samirə bildirib ki, bibisi əvvəlcə günahı boynuna almayıb, hətta özü Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng vuraraq, məlumat verib. Lakin sonradan hər şeyi boynuna alıb.

S. İsayeva bibisinə qarşı şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmənin qərarı ilə Xatirə İsayeva 1 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.

Son xəbərlər