Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Zelenski illik gəlir deklarasiyasını açıqladı

31.03.2021 22:43 1 779
Zelenski illik gəlir deklarasiyasını açıqladı
Ukrayna prezidenti Vladimir Zelenski və ailə üzvlərinin 2020-ci ildə əldə etdiyi gəlir 815 000 ABŞ dolları təşkil edib.

Median.Az
xəbər verir ki, bu barədə Ukrayna liderinin ofisi tərəfindən dərc olunan gəlir deklarasiyasında deyilir.

Qeyd olunub ki, Kiyev yaxınlığındakı İvankoviçi kəndindəki əmlak və torpaq satışından Zelenski ailəsi 13 470 600 qrivna (təxminən 485 000 ABŞ dollar) alıb. 2020-ci ildə Ukrayna prezidentinin maaşı isə 336 000 qrivna (12 000 ABŞ dolları) təşkil edib.

Dövlət başçısı ayrıca 4 633 832 qrivna (165 000 ABŞ dolları) məbləğində qonorar (müəllif hüquqları üzrə - Red) əldə etdiyini açıqlayıb.

Zelenski ailəsinin 2020-ci ildə Ukrayna ərazisindəki əmlak icarəsindən qazancı 2 673 730 qrivna (95 000 ABŞ dolları) təşkil edib. Ayrıca, prezidentin ailəsi, depozitlər və daxili dövlət istiqrazları üzrə yığılan faizlər hesabına 442 109 qrivna (15 000 ABŞ dolları) məbləğində vəsait qazanıb.

Ukrayna prezidenti çox sayda ticarət markasının sahibi olmaqda davam edir. Belə ki, onun 2020-ci ildə Ukraynada 13, xaricdə isə iki ticarət markası qeydə alınıb.

2020-ci il ərzində Zelenski ailəsi büdcəyə 65 min ABŞ dolları məbləğində vergi ödəyib. Zelenskinin əvvəlki bəyannaməsinə görə, 2019-cu ildə ailəsinin gəliri, daşınmaz əmlakın satışından və icarəsindən əldə olunan gəlirlər də daxil olmaqla, 1,059 milyon ABŞ dolları təşkil edib.скачать dle 11.3
Mojo.az Banner