Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Ailəsi ilə mübahisə edən almaniyalı gənc Qazaxda həbs olundu

19.02.2026 12:43 1 023
Ailəsi ilə mübahisə edən almaniyalı gənc Qazaxda həbs olundu
Gürcüstandan Azərbaycana qeyri-qanuni yolla daxil olmuş Almaniya vətəndaşı V.S. həbs edilib.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, Qazax Rayon Məhkəməsinin hökmü ilə 2005-ci il təvəllüdlü şəxsə 4 ay həbs cəzası verilib.

Məlum olub ki, Almaniya vətəndaşı olan macərapərəst gənc ötən ilin noyabrında Gürcüstandan qeyri-qanuni yolla Qazaxın kəndlərindən birinə keçib. Az sonra o, sərhədçilər tərəfindən saxlanılıb.

Barəsində Cinayət Məcəlləsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə iş açılan V.S. ifadəsində bildirib ki, dünya ölkələrinə səyahət etməyi planlaşdırıbmış:

"2005-ci ildə Almaniyanın Bautzen şəhərində anadan olmuşam. Subayam, əvvəllər fermada mexanik işləmişəm. Ailəmlə - atam, anam və yaşda məndən balaca iki qardaşımla birlikdə Bautzen şəhərinin Jiedlitz kəndində yaşayıram. Atamla anam həmin kənddə yerləşən özümüzə məxsus restoranda işləyirlər.

Mən işləmədiyim üçün tez-tez atamla aramızda mübahisələr olurdu. Sonuncu dəfə atam məndən işləmədiyim üçün evi tərk etməyimi istədi. Həm buna görə, həm Türkiyə, Gürcüstan, Azərbaycan, Nepal və digər başqa ölkələri gəzmək, həm də gürcüstanlı sevdiyim qızı görmək üçün avtobusa bilet alaraq Münhen şəhərindən Bolqarıstanın Sofiya şəhərinə getdim.

Orada bir gün meşədə qaldıqdan sonra yolda tanımadığım yük avtomobilinə yaxınlaşıb məni Türkiyəyə aparmağını xahiş etdim. Həmin yük avtomobili ilə bir gün yol getdikdən sonra Türkiyənin Çorlu şəhərinə çatdım. Həmin şəhərdə də yolda avtostop edəndən sonra İstanbul şəhərinə getdim. Daha sonra İstanbul - Tbilisi aviareysinə bilet alaraq Gürcüstana uçdum, üç gün burada küçədə qaldım.

Oradakı insanlardan və mobil telefonda olan xəritədən istifadə edərək piyada yola düşərək iki gün yol gəldikdən sonra Gürcüstan-Azərbaycan sərhəd-keçid məntəqəsinə yaxınlaşdım. Orada mənə Azərbaycana keçməyin mümkün olmadığını bildirdilər. Daha sonra dağlıq ərazilərlə Azərbaycan istiqamətində yolumu davam etdirdim, təxminən 10-12 saat yol getdikdən sonra adını bilmədiyim kəndə çatdım. Qarşıma çıxan şəxsdən yemək və gecə qalmaq üçün yer soruşdum. Qısa müddətdən sonra sərhədçilər tərəfindən saxlanıldım".

Qeyd edək ki, məhkəmə prosesi fevralın 11-də başa çatıb. Cəzasının bitməsindən sonra V.S.-nin Azərbaycandan deportasiya edilməsi gözlənilir.

Son xəbərlər