Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Şagirdlərin zəhərləndiyi bufet bağlandı

18.02.2026 22:22 537
Şagirdlərin zəhərləndiyi bufet bağlandı
Göygöldə baş verən hadisə ilə əlaqədar AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi tərəfindən rayonun Aşıqlı kənd məktəbinin daxilində fəaliyyət göstərən bufetdə plandankənar yoxlama keçirilib.

Bu barədə AQTA-dan məlumat verilib.

Bildirilir ki, satılan məhsullardan laborator müayinələr üçün nümunələr götürülüb.

"Bufetin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb", - qurumdan qeyd olunub.

Xatırladaq ki, fevralın 17-də AQTA Göygöl rayonu Aşıqlı kənd tam orta məktəbində 10 şagirdin zəhərlənmə şübhəsi ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına müraciət olunduğunu vurğulayıb. Bildirilir ki, şagirdlərə ilkin tibbi yardım göstərilib, dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenterit diaqnozu qoyulub:

"Faktla bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırmalara başlanılıb. Nümunələr götürülərək müayinələrə cəlb olunub. İctimaiyyətə əlavə məlumat veriləcək".

Xatırladaq ki, dünən saat 13:00 radələrində Göygöl rayonu ərazisində zəhərlənmə şübhəsilə 10 nəfər (7 kişi, 3 qadın) yeniyetmə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara digər dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenteritlər və kolitlər diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb.скачать dle 11.3
Mojo.az Banner