Mojo.az Banner
17:30 Cəbrayılda mina partlayışı: Xəsarət alan var  |     17:26 PKK Türkiyədən tamamilə çıxdı  |     16:13 Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib  |     16:05 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi  |     15:51 Səbuhi Əliyevə vəzifə verildi  |     15:35 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı (Yenilənib)  |     15:33 Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən şəxsə məhkəmə ağır cəza verdi  |     15:32 Paşinyan: "Türkmənistanda İlham Əliyevlə təmaslar ola bilər"  |     15:26 Paşinyan Zəngəzurda saxlanılan əsgərimiz barədə: "Biz onu həmin gün qaytara bilərdik"  |     15:21 İranda ekoloji böhran Azərbaycana çata bilərmi?  |     14:52 Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq  |     14:50 Berdiməhəmmədov: "Mərkəzi Asiya və Azərbaycan formatı iqtisadi və texnoloji inkişaf üçün ilkin şərtlər yaradır"  |     13:41 Berdiməhəmmədov: "Türkmənistan Azərbaycanda görüşün hazırlanmasına köməklik göstərəcək"  |     13:38 Suriyadan gətirilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb  |     12:51 Mirziyoyev: "Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq"  |     12:42 Rəhmon: "Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır"  |     12:41 Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xəttinin bərpası tenderi baş tutmayıb  |     12:33 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     12:31 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı  |     12:06 Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"  |    
Mojo.az Avto
Mojo.az Avto

"Bilinmir ki, qəbiristanlıq hansı qurum tərəfindən idarə olunur" - Deputat

09.02.2026 22:30 531
"Bələdiyyə sistemində əsaslı və köklü islahatlar davam etdirilməlidir. Amma təəssüf ki, müəyyən problemlər qalmaqdadır".

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Kamran Bayramov deyib.

O bildirib ki, birləşmiş bələdiyyələrin təxminən 100-nün hesabı sosial müdafiə ödənişləri üzrə yaranmış borclardan bağlıdır:

"Dotasiyaların bölüşdürülməsi əsasən əhalinin sayına görə həyata keçirilir. Amma borcu olan bələdiyyələrə daha böyük üstünlük verilməlidir ki, borcları ödəsinlər və normal qaydada işləyə bilsinlər. Təəssüf ki, subvensiyalarla bağlı vəziyyət daha acınacaqlıdır. Çünki son iki ildə subvensiyalar ayrılmadı, halbuki subvensiyalar bələdiyyə müəssislərinin və xidmət sahələrinin yaradılmasına yönəldilə bilərdi. Ümumiyyətlə, "Bələdiyyə müəssisələri haqqında" qanun qəbul olunmalıdır".

Deputat qeyd edib ki, son zamanlar qəbiristanlıqların salınması və idarə olunması ilə bağlı təsdiq olunmuş qaydaların icrasında müəyyən çətinliklər var:

"Belə ki, qaydaların bir çox müddəaları onların qüvvəyə minməsindən əvvəl mövcud olan qəbiristanlıqlara şamil edilmir. Yalnız yeni salınan qəbiristanlıqlara şamil olunur, amma bəzi mövcud qəbiristanlıqlar bələdiyyələrə təhvil verilib. Nə əsasla, hansı məntiqlə bunu edirlər? Bu gün heç bilinmir ki, bu və ya digər qəbiristanlıq hansı qurum tərəfindən idarə olunur. Bələdiyyələr üçün əlavə yükdür, maliyyə tələb edir. Ya hamısı təhvil verilməlidir, ya da ümumiyyətlə verilməməlidir. Düşünürəm ki, bu məsələ ilə bağlı müəyyən araşdırma apara bilər".скачать dle 11.3
Mojo.az Banner