Mojo.az Banner
13:00 Azərbaycanda ən böyük körpü nə zaman istifadəyə veriləcək?  |     12:25 Ağdaşda AİLƏ FACİƏSİ: Oğul anasını öldürməkdə şübhəli bilinir  |     12:23 Bu gündən Bakının 42 ünvanında yollarda hərəkət məhdudlaşdırılır - SƏBƏB  |     12:21 Böyrək xəstəlikləri üçün gözlənilməz risk faktoru açıqlanıb  |     12:18 Bakıda parkın ərazisi niyə hasarlanıb? - Sakinlərdən ŞİKAYƏT - Video  |     12:11 569 nömrəli marşrutdan daha bir ŞİKAYƏT: Bayram günü avtobus xarab oldu, sərnişinlər yolda qaldılar  |     11:52 İran su təchizatı sisteminə kiberhücum iddialarını təkzib edib  |     11:20 Prezidentin ailəsini şantaj edən şəxs barədə yeni detallar məlum oldu - Video  |     11:18 Saatlıda 50 yaşlı kişi mübahisə nəticəsində qətlə yetirildi  |     11:12 Qızıl və gümüş ucuzlaşdı  |     00:58 Novruz tonqalının partlaması nəticəsində xəsarət alan 11 nəfərin VƏZİYYƏTİ (Video)  |     22:06 Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş  |     21:21 İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - Video  |     20:41 Sumqayıt sakininin evi yanaraq kül oldu  |     20:27 Cəlilabadda 49 yaşlı kişini avtomobil vuraraq öldürüb  |     19:53 Qaxda hamam otağında yıxılan kişi öldü  |     19:40 Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı  |     19:20 Bir ayda ikinci dəfə dəm qazından zəhərləndi  |     19:19 İsrailin daha bir F16 qırıcısı vuruldu  |     19:01 Hidayət Heydərov ölkəyə bürünc medalla qayıdacaq  |    
Left Banner
Right Banner

Bir illik möhlətə məhəl qoymayan xəstəxana direktoru cərimələndi

28.01.2026 16:42 174
Bir illik möhlətə məhəl qoymayan xəstəxana direktoru cərimələndi
Naftalan Şəhər Mərkəzi Xəstəxanasının direktoru Samir Allahverdiyev inzibati qaydada cərimələnib.

Qaynarinfo-nun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi Samir Allahverdiyev barəsində İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsi ilə protokol tərtib edib. İşə məhkəmədə baxılıb.

Məlum olub ki, Agentlik tərəfindən xəstəxanada bir neçə gün əvvəl yoxlama aparılıb. Yoxlama zamanı iki sərnişin lifti və iki su boylerinin dövlət qeydiyyatından keçirilmədiyi, həmçinin texniki təhlükəsizliklə bağlı digər nöqsanlar aşkar edilib.

Məhkəmədə Naftalan Şəhər Mərkəzi Xəstəxanasının əməyin mühafizəsi üzrə mütəxəssisi bildirib ki, aktda qeyd olunan nöqsanlar həqiqətən mövcuddur. Onun sözlərinə görə, onlardan asılı olmayan müəyyən səbəblər üzündən ötən müddət ərzində nöqsanların aradan qaldırılması mümkün olmayıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı isə deyib ki, 2025-ci ilin əvvəllərində xəstəxanada eyni qaydada yoxlama aparılıb və aşkar edilən çatışmazlıqların aradan qaldırılması ilə bağlı təlimat verilib. Həmin vaxt xəstəxana barəsində protokol tərtib olunmayıb və nöqsanların aradan qaldırılması üçün möhlət verilib. Lakin bir il müddət keçməsinə baxmayaraq, bu istiqamətdə heç bir addım atılmayıb.

Məhkəmənin qərarı ilə Naftalan Şəhər Mərkəzi Xəstəxanasının direktoru İnzibati Xətalar Məcəlləsinin 276-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 5 000 manat məbləğində cərimə edilib.скачать dle 11.3
Mojo.az Banner