Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Qusar Rayon Mərkəzi Xəstəxanası külli miqdarda cərimələnib - SƏBƏB

08.08.2025 17:58 837
Qusar Rayon Mərkəzi Xəstəxanası külli miqdarda cərimələnib - SƏBƏB
"Qusar Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxs külli miqdarda cərimələnib.

Median.Az
"Qaynarinfo"ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi tərəfindən xəstəxanada aparılan yoxlama zamanı bir sıra tələblərin pozulduğu müəyyən edilib. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb.

Yoxlama zamanı xəstəxananın rentgen aparatının xəstəyə verdiyi şüa dozasının yol verilən həddi aşdığı və cihazın istismara yararsız olduğu müəyyən edilib. Bundan başqa, xüsusi icazə olmadan ionlaşdırıcı şüa mənbələri ilə fəaliyyət göstərən otaqlar aşkarlanıb. Ümumilikdə 9 nöqsan qeydə alınıb.

Artıq ionlaşdırıcı şüalanma mənbələri ilə fəaliyyət göstərən otaqların istifadəsi məhdudlaşdırılıb. Xəstəxananın nümayəndəsi məhkəmədə bildirib ki, protokol tərtib edildikdən sonra 9 pozuntudan 8-i aradan qaldırılıb. Hazırda yalnız bir pozuntu - ionlaşdırıcı şüa mənbələri ilə fəaliyyət üçün xüsusi icazənin olmaması qalır. Bu məsələ ilə bağlı FHN və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) rəsmi müraciət edildiyi də vurğulanıb.

Məhkəmənin qərarı ilə Qusar Rayon Mərkəzi Xəstəxanası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi üzrə təqsirli bilinərək 12 min manat məbləğində cərimə olunub.

Qeyd edək ki, protokol xəstəxananın sabiq baş direktoru Kamil Hacıyevin dövründə tərtib edilsə də, məhkəmə qərarı bir neçə gün əvvəl vəzifəyə təyin olunan yeni direktor İmran Qurbanovun vaxtında çıxarılıb.

Son xəbərlər