Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakıda klinikada rentgen kabinetinin fəaliyyəti dayandırılıb - VİDEO

23.01.2024 11:50 1 908
Bakıda klinikada rentgen kabinetinin fəaliyyəti dayandırılıb - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

Nazirlikdən verilən xəbərə görə, bu çərçivədə, Agentlik tərəfindən Bakı şəhərinin Nərimanov rayonunda fəaliyyət göstərən “Ömür” klinikasında keçirilmiş planlı yoxlama zamanı rentgenoqrafiya avadanlığının qeydiyyatda olmadığı, həmçinin ionlaşdırıcı şüa mənbəyi hesab edilən qurğunun istismarı üçün müvafiq icazənin olmadığı müəyyən edilib.

Aşkar edilmiş pozuntularla əlaqədar Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan klinikada rentgen kabinetinin fəaliyyəti dayandırılıb.

Son xəbərlər