Mojo.az Banner
23:02 Məşhur xəstəxana borca düşdü  |     22:53 Avropada yeni günəş panelləri populyarlaşır: Mürəkkəb quraşdırma tələb olunmur  |     22:45 "Google" top-meneceri CV-də 3 kritik səhvi açıqladı: Onlar dərhal imtinaya səbəb olur  |     22:40 Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozunu yüksəldib  |     22:34 Azyaşlının maşın sürməyi təhlükə yaratdı - VİDEO  |     22:29 Avtobus dayanacağında yatdı, 680 manat pulu oğurlandı  |     22:22 "OpenAI": Süni intellekt işləri dəyişdirəcək, 4 günlük iş həftəsi sınaqdan keçirilməlidir  |     22:16 Unutqanlıq beyinin verdiyi önəmli siqnaldırmı?  |     22:08 Sabah Bakının bu rayonlarında qaz kəsiləcək  |     22:02 Cəzaçəkmə müəssisəsindəki yanğında məhbuslar zəhərlənib? (AÇIQLAMA)  |     21:57 İranla danışıqlar qapalı formatda aparılacaq - Tramp  |     21:49 Gürcüstanda yanacaq bahalaşdı  |     21:44 Azərbaycan və Ukrayna XİN rəhbərləri əməkdaşlıq məsələlərini müzakirə ediblər  |     21:36 Azərbaycanda internet provayderləri üçün məlumat təhlükəsizliyi tələbləri sərtləşdirilir  |     21:31 Qalib Qasımov vəzifəsindən ayrılıb  |     21:25 Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı: Pakistanın vasitəçiliyi təqdir olundu  |     21:18 Nişanlısı ilə restorana gedib dava salan şəxs iri məbləğdə cərimələndi  |     21:11 Litvanın baş naziri Azərbaycana gəlib  |     21:05 Marneulidə azərbaycanlı merin çörəyin qiymətinə görə adam döyən qardaşına ittiham irəli sürüldü  |     20:57 Bakıda vətəndaş məhkəmədən özünün həbsini istədi - Hakim qərar verdi  |    
Left Banner
Right Banner

FHN 2 saylı Klinik Psixiatriya Xəstəxanasının rentgen-müayinə fəaliyyətini dayandırdı

30.12.2023 14:48 2 721
FHN 2 saylı Klinik Psixiatriya Xəstəxanasının rentgen-müayinə fəaliyyətini dayandırdı
Fövqəladə Hallar Nazirliyinin (FHN) Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.

FHN-dən verilən xəbərə görə, bu çərçivədə, agentlik tərəfindən Bakı şəhərində fəaliyyət göstərən 2 saylı Klinik Psixiatriya Xəstəxanasında keçirilmiş planlı yoxlama zamanı rentgenoqrafiya avadanlığının qeydiyyatda olmadığı, həmçinin ionlaşdırıcı şüa mənbəyi hesab edilən qurğunun istismarı üçün müvafiq icazənin olmadığı müəyyən edilib.

Aşkar edilmiş pozuntularla əlaqədar agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində qeyd olunan tibb müəssisəsində rentgen kabinetinin fəaliyyəti dayandırılıb.
скачать dle 11.3
Mojo.az Banner