Mojo.az Banner
14:04 Astarada 60 yaşlı kişinin ölümünün TƏFƏRRÜATI  |     13:58 Avqustda sərinlik başladı – Güclü istilər yenidən qayıdır?  |     13:48 “General-leytenant” rütbəsi verilən digər zabitlər kimlərdir? (FOTO)  |     13:28 Telefon nömrəsini dəyişmək istəyənlərə XƏBƏRDARLIQ  |     13:20 Bakıda 27 yaşlı kişi stadionda öldü  |     12:25 Bakı-Quba yolunun kənarında OBYEKT YANIB  |     12:20 Azərbaycanda “su pulu” ilə bağlı mühüm xəbər – Qiymət dəyişəcək?  |     12:03 Sabirabadda yanğın törədən şəxs saxlanıldı  |     11:55 Gələn həftə maraqlı kosmik hadisə gözlənilir - Azərbaycandan da müşahidə etmək mümkün olacaq  |     11:52 "Başına zərbə vurdum, sonra prokurorluğa gedib təslim oldum" - meşədəki qətlin TƏFƏRRÜATI  |     11:52 Sərnişinlərin NƏZƏRİNƏ: Qatarların hərəkət qrafiki dəyişəcək  |     11:47 Əlilliyə görə pensiya alanların sayı AÇIQLANDI  |     11:46 Bakının Kənar Dairəvi yolunda yük maşını aşdı, tıxac yarandı  |     11:45 Azərbaycanın Ermənistana ixracı 17 milyon dolları ötdü  |     11:43 Qızılın saxta olduğunu necə müəyyən etmək olar? - Zərgər izah edir  |     11:41 Üç aydan çox istifadə edirsinizsə, DİQQƏT: Diş fırçasında nələr toplanır?  |     11:39 Pakistan Əfqanıstana yaşıl işıq yandırdı: Humanitar dəhliz açıldı  |     11:34 General-mayor Abbasəli Novruzov dəfn edildi - FOTO  |     11:14 Astarada narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu  |     11:08 Bu ərazilərdə işıq olmayacaq  |    
Left Banner
Right Banner

Nipah virusunu vaxtında müəyyənləşdirməyin yolları

27.01.2026 11:34 531
Nipah virusunu vaxtında müəyyənləşdirməyin yolları
"Nipah virusunun inkubasiya dövrü 45 günə qədər davam edə bilər, bu isə o deməkdir ki, Hindistanda yoluxmuş şəxs ölkəsinə qayıtdıqdan sonra burada artıq xəstəliklə üzləşə bilər".

Bu sözləri rusiyalı terapevt həkim Nadejda Çernışova "Moskva 24"ə müsahibəsində bildirib.

Mütəxəssisin sözlərinə görə, Nipah virusundan şübhələndikdə son səyahətlər barədə həkimi mütləq məlumatlandırmaq lazımdır ki, məqsədyönlü müayinələr aparılsın.

Çernışova vurğulayıb ki, xəstəliyi keçirənlərin təxminən 20%-də nevroloji fəsadlar qalır: xroniki başağrıları, şüurun pozulması, görmə problemləri, əzələ zəifliyi və ya qıcolmalar.

İmmunoloq həkim Nikolay Kryuçkov "Veçernyaya Moskva"ya açıqlamasında bildirib ki, Nipah virusunun diaqnostikası çətindir və ölüm göstəricisi yüksəkdir. O xatırladıb ki, xəstəlik zoonozdur, yarasalar və ya donuzlarla təmas zamanı, onların ifrazatları ilə çirklənmiş qida və içkilər vasitəsilə, həmçinin yaxın təmas zamanı insandan insana ötürülə bilər.

Xəstəliyin ilkin mərhələsində simptomlar klassik kəskin respirator virus infeksiyası ilə üst-üstə düşür ki, bu da vaxtında diaqnostikanı daha da çətinləşdirir. Sonrakı mərhələlərdə isə xəstəlik beyin və tənəffüs sistemini zədələyərək epileptik tutmalar, psixi dəyişikliklər, nitq və hərəkət pozuntuları, iflic, görmə problemləri və qıcolmalara səbəb olur.скачать dle 11.3
Mojo.az Banner