Mojo.az Banner
17:56 Həkimlər bu 5 gigiyena məhsulunu dərhal atmağı məsləhət görür  |     17:39 Neymar ciddi zədə aldı, klubu açıqlama yaydı  |     17:33 Hava ilə bağlı XƏBƏRDARLIQ: Külək güclənəcək  |     17:32 Ukraynaya hücumlar dayandırıldı: Putindən orduya tapşırıq  |     17:20 Bu məktəblərin fəaliyyəti dayandırılacaq  |     17:13 Tələbə yataqxanalarında vəziyyət necədir? - Qiymətlər, yerlər və güzəştlər  |     17:08 Azərbaycanda yeni universitetin yaradılması təklif olunur  |     17:01 Alimlər narahatdır: Çirkli buz buzlaqların əriməsini sürətləndirə bilər  |     16:55 Ötən gün 2 avtomat, 1 tapança aşkarlanıb  |     16:50 Toy biznesində böhran: Şadlıq evləri mərasim zallarına çevrilir (VİDEO)  |     16:43 Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək  |     16:38 Borclu şəxs qismində axtarışda olan 128 nəfər saxlanılıb  |     16:30 Amin Novruzov vəfat etdi  |     16:26 Bazar gününə olan hava proqnozu  |     16:21 Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı  |     16:13 Çində qasırğaya görə 600 min nəfər təxliyə edilib  |     16:08 Axtarışda olan 149 nəfər saxlanıldı  |     16:01 Türkiyədə hoteldə yanğın: 12 nəfər yaralandı  |     15:51 Bakı və Abşeronda su sistemləri təkmilləşdirilir  |     15:43 Tokayev Qazaxıstanın vitse-prezidentinin səlahiyyətlərini təsdiq edib  |    
Left Banner
Right Banner

Qızdırmanı nə vaxt salmaq olmaz? Həkimdən gözlənilməz açıqlama

30.01.2025 12:59 1 089
Qızdırmanı nə vaxt salmaq olmaz? Həkimdən gözlənilməz açıqlama
Bir çoxları qızdırmanın ilk əlamətlərində - 37 dərəcəni keçən kimi temperaturu salmağa vərdiş edib, lakin belə yanaşma səhvdir.

Median.Az
-ın aif.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə terapevt həkim Nadejda Çernışova danışıb.

Mütəxəssisin sözlərinə görə, infeksion xəstəliklər zamanı yüksək bədən temperaturu orqanizmin təbii müdafiə mexanizmidir.

"Temperatur yüksəldikdə, immunitet kəskin şəkildə aktivləşir, anticisimlər çox sürətlə istehsal olunmağa başlayır, mikroblarla mübarizə aparan hüceyrələrin, leykositlərin sintezi artır. Bundan əlavə, bədən temperaturu təxminən 38 dərəcə olduqda antibiotiklərin təsiri də artır, həmçinin bir çox xəstəlik törədiciləri, mikroblar və viruslar ya məhv olur, ya da çoxalmağı dayandırır", - deyə Çernışova izah edib.

Həkim vurğulayıb ki, temperaturu aşağı salanda isə əksinə, biz orqanizmin infeksiyaya qarşı mübarizə qabiliyyətini zəiflədirik və sağalmanı gecikdiririk.

O, hətta 38.6-38.7 dərəcə temperaturu normal keçirdiyi təqdirdə insanın hərarətsalıcı dərmanlardan imtina edə biləcəyini vurğulayıb.

"Əsasən özünüzü necə hiss etdiyinizə diqqət yetirmək lazımdır".

Bununla belə həkim vurğulayıb ki, əgər insanda, xüsusilə uşaqda qıcolmaya meyillik varsa, yaxud dözülməz baş ağrısından şikayət edirsə, bu halda daha aşağı temperaturda belə hərarətsalıcı dərmanlar lazımdır.скачать dle 11.3
Mojo.az Banner