Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi |
Mojo.az Avto
Mojo.az Avto

İmmunitetimizi necə gücləndirək? Həkim orqanizmin üç müdafiə xəttindən danışdı

19.03.2025 13:05 2 025
İmmunitetimizi necə gücləndirək? Həkim orqanizmin üç müdafiə xəttindən danışdı
İnsan orqanizmi patogen mikroorqanizmlərlə təmasda olduqda aktivləşən mürəkkəb müdafiə sisteminə malikdir. Bəs immun sisteminin necə işlədiyini və onu gücləndirməyin hansı yolları olduğunu necə öyrənək?

Median.Az
-ın "İzvestiya"ya istinadla verdiyi məlumata görə, rusiyalı diyetoloq və nutrisioloq Dmitri Semiryadov bu barədə danışıb.

Onun sözlərinə görə, immunitetin üç əsas müdafiə xətti var. Birinci xətt dəri və selikli qişalardır. Məsələn, burundan keçən hava selikli qişa ilə təmas edir və burada viruslar və bakteriyalar xüsusi antiseptik xüsusiyyətə malik burun seliyi vasitəsilə tutulub xaric edilir.

"Əgər virus bütün bu baryerləri keçib hüceyrəyə daxil olarsa, ikinci müdafiə xətti - sitokinlər adlanan siqnal molekulları aktivləşir və immun hüceyrələri mübarizəyə cəlb edir. Əgər bu da kifayət etməzsə, üçüncü xətt - qazanılmış immunitet işə düşür. Bu zaman limfositlər virusu tanıyıb məhv etməyə başlayır. Xəstəliyin başlamasından 4-7 gün sonra adətən iltihab azalır, hərarət düşür və orqanizm bərpa olunur", - deyə həkim izah edib.

İmmun sistemini gücləndirmək üçün nə etmək lazımdır?

Mütəxəssisin sözlərinə görə, immunitetin aktivləşdirilməsinin ən əlçatan yolları fiziki fəaliyyət, orqanizmi soyuğa alışdırma və vitaminlərin normal səviyyədə saxlanmasıdır.

"Oturaq həyat tərzi keçirən bir insanın bədənində dəqiqədə 3.5-5.5 litr qan dövran edir. Fiziki yük zamanı bu göstərici 3-5 dəfə artır. Bundan əlavə, immun hüceyrələri (təbii qatil hüceyrələr və T-təbii hüceyrələr) orqanizmə daha sürətli yayılır. İnterferonlar digər hüceyrələrə daha tez çatır və nəfəs yollarında immun hüceyrələrinin konsentrasiyası artır", - deyə ekspert qeyd edib.

Semiryadov əlavə edib ki, immunitetə "D" və "C" vitaminlərinin, həmçinin sink və dəmir kimi mikroelementlərin çatışmazlığı ciddi təsir göstərir. Həkim bu elementlərin səviyyəsini müntəzəm olaraq yoxlamağı tövsiyə edib.

Eyni zamanda o, həddindən artıq dozanın qarşısını almağın vacibliyini vurğulayıb. Belə ki, sinki böyrək çatışmazlığı və xroniki xəstəliklər zamanı ehtiyatla qəbul etmək lazımdır, həmçinin bəzi dərmanlarla birgə istifadədə diqqətli olmaq tövsiyə olunur.

"D" vitamininin yüksək dozaları hiperkalsemiya və hipervitaminoz zamanı əks göstərişdir, eləcə də xroniki böyrək xəstəlikləri və ya paratiroid vəzilərin problemləri olan insanlarda nəzarət tələb edir.

Son xəbərlər