Mojo.az Banner
12:09 Yeyib-içəndən sonra dostlarını döyüb öldürdülər  |     12:06 Əmlak bazarında qiymətlər yenidən artacaq - PROQNOZ - VİDEO  |     12:02 Olimpiya çempionunun 1,1 milyon manatlıq helikopterini OĞURLADILAR  |     11:57 Azərbaycanda məşqçidən tələbə qızlara qarşı ŞANTAJ VƏ TƏCAVÜZ - İlginc TƏFƏRRÜAT  |     11:47 Kredit götürənlərin sayı artır: Qiymətlər də bahalaşacaq?  |     11:38 Azərbaycan nefti ucuzlaşdı  |     11:32 Bakıda DƏHŞƏT: Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi  |     11:31 Azərbaycanda cari ildə meyitdən neçə ürək transplantasiyası həyata keçirilib?  |     11:17 Aşpaz işləyən qazi faciəli şəkildə öldü  |     23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Sabirabadda azyaşlıya qarşı əxlaqsızlıq edən yaşlı kişiyə HÖKM OXUNDU - FOTO

19.11.2025 15:01 600
Sabirabadda azyaşlıya qarşı əxlaqsızlıq edən yaşlı kişiyə HÖKM OXUNDU - FOTO
Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən 64 yaşlı Mərdan Hüseynovun məhkəmə araşdırması başa çatıb.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Təqsirləndirilən şəxs məhkəmədə əməlini etiraf edib. O bildirib ki, həmin 6 yaşlı zərərçəkmiş qapı qonşusunun övladıdır.

"Ona qarşı 3 dəfə seksual xarakterli hərəkətlər etmişəm. Əməlimdən peşmanam", - M.Hüseynov əlavə edib.

Neymət Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyası müttəhimin etirafedici ifadəsini və digər sübutları nəzərə alaraq, belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə 14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlər etmə maddəsi ilə verilmiş ittiham təsdiqini tapıb.

Hökmə əsasən, Mərdan Hüseynov cəzasını ciddi rejimdə çəkməsi şərti ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, azyaşlıya qarşı əxlaqsız hərəkətlər əks olunan görüntülər sosial şəbəkələrdə yayılmışdı.


скачать dle 11.3
Mojo.az Banner