Mojo.az Banner
23:02 11 məşhur avtomobil modelinin istehsalı dayandırılır  |     22:57 Bakıda dəhşətli qətl törədildi  |     22:49 Gəncədə qazi 36 yaşında vəfat etdi  |     22:44 Gəncədə 16 yaşlı oğlan bıçaqlandı - Həmyaşıdı saxlanıldı  |     22:36 Evlilərin diqqətinə: sizdən pul tutula bilər - Hüquqşünas  |     22:31 Azərbaycanda maşın almaq istəyənlərin nəzərinə - Bu avtomobillər bahalaşdı  |     22:24 Müəllimlərin sayı niyə azalır? - EKSPERTDƏN AÇIQLAMA  |     22:19 “iPhone 18” bu rənglərdə olacaq  |     22:11 Rus bölmələrində oxuyanlara YENİLİK: Bu fənn Azərbaycan dilində olacaq  |     22:06 Uşağın rejimini kəskin dəyişməyin - Pediatrdan XƏBƏRDARLIQ  |     21:59 Tələbə axını kirayə bazarını silkələdi: QİYMƏTLƏR  |     21:54 “Telegram”dan möhtəşəm yeniliklər  |     21:45 Azərbaycanda məscidlərin sayı açıqlandı  |     21:40 20 Yanvarda səkidə yuxuya getdi, 2440 manatı oğurlandı  |     21:32 “Bitcoin”in qiyməti 78 min dollara enib  |     21:27 İtaliyada helikopter qəzası olub, ölənlər var  |     21:19 Portuqaliya millisi Bakıda ilk qələbəsini qazandı  |     21:13 Salyanda qəbiristanlıqdan meyit tapıldı  |     21:08 53 nömrəli marşrutun istiqaməti dəyişib  |     21:02 Qəbələdə həmkəndlisinin xanımı ilə münasibəti olan müəllim HƏBS EDİLDİ  |    
Left Banner
Right Banner

Daş karxanasının rəhbərinə hökm oxundu

19.11.2025 12:07 441
Daş karxanasının rəhbərinə hökm oxundu
Abşeron Rayon Məhkəməsində işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozmada və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən İlham Yusifovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ittihamdan xaric edilib və İ.Yusifova şərti cəza verilib. TO "Almaz-Daş" firması hüquqi şəxsin barəsində cinayət hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraata xitam verilməsi qərara alınıb.

İttiham aktına əsasən, 1960-cı il təvəllüdlü İlham Yusifov uzun illər ərzində tamah niyyəti ilə vəzifəli şəxs qismində öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə etməklə, ətraf mühitin mühafizəsi qaydalarını pozmaqla və dövlətə külli miqdarda maddi ziyan vurmaqla qanunsuz sahibkarlıq fəaliyyəti həyata keçirib.

Belə ki, təqsirləndirilən şəxs 2005-ci ildə əmisi oğlu ilə birlikdə təsis etdiyi "Almaz-Daş" adlı tam ortaqlı kommersiya təşkilatının rəhbəri kimi, Abşeron rayonu Güzdək qəsəbəsində yerləşən "Güzdək" əhəngdaşı yatağından mişardaşı hasil etmək məqsədilə iki hektar torpaq sahəsini icarəyə götürüb. Həmçinin faydalı qazıntıların çıxarılması üçün beş il müddətinə verilmiş "Dağ-mədən ayırması" aktının müddəti 13 aprel 2014-cü ildə başa çatsa da, qanunda nəzərdə tutulmuş lisenziyaları və icazələri almadan 25 iyun 2016-cı ildən 31 may 2021-ci ilədək həmin ərazidə qanunsuz hasilat işlərini davam etdirib.

İlham Yusifov qeyd olunan dövrdə sənaye obyektində istismar işləri zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət olunmasına cavabdeh vəzifəli şəxs olduğu halda bu qaydalara qəsdən əməl etməyib, nəticədə 11 413.25 kubmetr həcmində mişardaşını xüsusi texnika vasitəsilə qanunsuz kəsib çıxarıb, bununla da dövlətə və təbiətə 129 186.68 manat məbləğində maddi ziyan vurub.

Aparılan qanunsuz hasilat işləri nəticəsində "Güzdək" əhəngdaşı yatağında yer səthinin relyefinin deformasiyası, süxurların zədələnməsi, torpaqaltı layların dəyişməsi, ekoloji tarazlığın pozulması, atmosferə toz və zərərli qazların atılması kimi ağır ekoloji fəsadlar yaranıb, ətraf mühitin qorunması sahəsində dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə ciddi zərər vurulub.

Beləliklə, təqsirləndirilən şəxs uzun müddət ərzində müvafiq icazə və lisenziyalar olmadan qanunsuz sahibkarlıq fəaliyyəti apararaq, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, qulluq mənafeyinə zidd olaraq şəxsi maraqları naminə ətraf mühitin mühafizəsi qaydalarını pozub və ağır nəticələrin baş verməsinə səbəb olub.

Məhkəmə iclasında İlham Yusifov özünü ittiham üzrə qismən təqsirli bilib, 21 may 2021-ci il tarixdə aparılmış baxış zamanı ölçmələrin düzgün aparılmadığını, hasilat həcminin şişirdildiyini, yalnız iki hektar sahədə fəaliyyət göstərdiyini deyib. O, dövlətə vurduğu 15 523.20 manat məbləğində ziyanı ödədiyini, əməlindən peşman olduğunu və yaşını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edib.скачать dle 11.3
Mojo.az Banner