Mojo.az Banner
21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |     21:07 Buğda kəskin bahalaşdı: Çörəyin qiyməti qalxacaq?  |     21:00 Bu klub ev oyunlarını Xankəndidə keçirəcək  |     20:54 Azərbaycanda yeni iş yerləri yaradılır: Kimlər işlə təmin olunacaq?  |     20:47 Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır  |     20:42 Su polisi brakonyerlik edən şəxsi saxladı  |     20:34 Bakıda 31 kq narkotik aşkarlanıb - VİDEO  |     20:29 Bu məhsulların gömrük rüsumu artırıldı  |     20:23 Azərbaycanın magistral qaz kəmərlərindən gəlirləri artıb  |     20:15 166 saylı marşrut avtobusundan NARAZILIQ - VİDEO  |     20:10 Pakistanda nazir silahlı şəxslər tərəfindən qaçırıldı - Video  |     20:01 Bərdədə "Kalaşnikov" və patronlar aşkarlandı  |     19:55 Sabah 35 dərəcə isti olacaq  |     19:48 Metronun iki stansiyasınının pulsuz olmasının səbəbi AÇIQLANDI  |    
Mojo.az Avto
Mojo.az Avto

Nipah virusu pandemiyaya səbəb ola bilər?

26.01.2026 22:01 519
Nipah virusu pandemiyaya səbəb ola bilər?
Nipah virusu epidemiya və ya pandemiyaya səbəb ola bilməz, lakin onun Rusiyaya tək-tək hallarda gətirilməsi nəzəri baxımdan istisna edilmir.

Bunu tibb elmləri doktoru Vladimir Nikiforov söyləyib. O qeyd edib ki, infeksiyanın təbii mənbəyi Hindistanda meyvə ilə qidalanan yarasalardır və yoluxma yalnız heyvanlarla və ya onların ifrazatı ilə təmas zamanı mümkündür. Virus insandan insana ötürülmür.

Nipah virusu zoonoz infeksiyalara aiddir və insana heyvanlardan keçir. O, ağır ensefalit və tənəffüs yolu xəstəliklərinə səbəb ola bilər, bəzi hallarda isə ölüm göstəricisi 80 faizə çata bilər.

Əsas profilaktik tədbirlər olaraq mütəxəssislər xəstə heyvanlarla təmasdan çəkinməyi, əlləri sabun və antiseptik vasitələrlə mütəmadi yumağı, tərəvəz və meyvələri istifadədən əvvəl yaxşıca yumağı, həmçinin yoxlanılmamış mənbələrdən su içməməyi tövsiyə edirlər. Xəstəliyin əsas əlamətləri yüksək hərarət, öskürək və güclü başağrısıdır. Rospotrebnadzor bildirir ki, Nipah virusu ilə bağlı xəstəliyin Rusiyaya gətirilmə halları qeydə alınmayıb. Ölkədə vaxtında laborator diaqnostika aparmaq üçün kifayət qədər test-sistem mövcuddur.

Medianın məlumatına görə, Hindistanda virusun yayılmasının qarşısını almaq üçün tədbirlər görülür, xəstələrlə təmasda olmuş 100 nəfər karantinə alınıb.
скачать dle 11.3
Mojo.az Banner