Yalançının evi yandı, heç kim inanmadı: Kəngərlidə baş verənlər vətəndaş məsuliyyətsizliyi, yoxsa təxribat?
Torpaqların azad edilməsindən sonra keçmiş məcburi köçkünlərin qayıdışı prosesi geniş vüsət alıb. Təhlükəsizlik məsələsi həll edildikcə, dağıdılmış şəhər və kəndlər bərpa edildikcə on minlərlə insan öz yurdlarına qayıdır.
Təkcə 2025-ci ildə Böyük Qayıdış proqramı çərçivəsində azad olunan ərazilərin 32 yaşayış məntəqəsinə - 7 şəhər, 22 kənd və 3 qəsəbəyə vətəndaşların köçürülməsi təmin edilib.
30 il işğal altında olan torpaqların əsl sahibləri geri döndükcə bu yerlər də ikinci baharlarını yaşayırlar. Amma bununla belə bəzən elə insanlar da tapılır ki, öz məsuliyyətsizliklərini ört-basdır etmək üçün yalan iddialarla illərdir görülən işlərə kölgə salmaq istəyir.
Belə ki, sosial şəbəkələrdə Ağdamın Kəngərli kəndinə köçən Murad Rüstəmov keçmiş məcburi köçkünlər üçün tikilmiş evlərin guya yanğın təhlükəsizliyinə cavab verməməsi ilə bağlı əsassız iddia ilə çıxış edib.

Məsələnin mahiyyətindən xəbərdar olan və olmayan bir çox şəxslər də özlərində bu məsələni şərh etmək ehtiyacı görüblər. Hökumətin gördüyü işləri tənqid xatirinə tənqid etmək naminə hadisənin səbəbini öyrənmədən rəy yazanlar da sanki növbəyə düzülüb.
Əslində isə, söhbət yanğın təhlükəsizliyinin ən elementar normalarına əməl etməməkdən gedir. Belə ki, M.Rüstəmov yaşadığı evin divara bitişik manqal qalayaraq, sonradan manqaldan çıxan odun evin divarlarına ziyan vurduğunu iddia edir. Bildirilir ki, evin divarlarına üzlük kimi penoplast istifadə olunub və bu da yanğına səbəb ola bilər.
Amma elə həmin adamın özünün çəkdiyi videodan görünür ki, iddia özü yalandır, material penoplast deyil, müasir izolyasiya məqsədilə vurulan divar konstruksiyasında tətbiq edilmiş istilik izolyasiya materialı XPS (ekstruziya olunmuş polistirol köpük) olub. Layihə üzrə nəzərdə tutulmuş üzlük (üzləmə) qatları ilə birlikdə tətbiq edilib. XPS materialı üzləndikdən (müdafiəedici üzlük qatları tətbiq edildikdən) sonra qüvvədə olan normativ tələblərə uyğun olaraq Q1 yanğın təhlükəsizliyi sinfini ödəyir, yəni alovun yayılmasına şərait yaratmır və öz-özünə yanmanı dəstəkləmir. Əks təqdirdə, ev tam alovlanardı. Material alovu bloklayan xüsusiyyətə malikdir və məhz yanmadığı üçün əriyib.
Məsələ ilə bağlı "Report"a şərh verən hadisənin səbəbkarı Murad Rüstəmov onun paylaşdığı videonun yanlış istifadə olunduğunu bildirib:
"Bizim insanlar daim dövlətin yanında olub. Sadəcə olaraq mənim videomu bəzi vicdansızlar neqativ formada bəzəyib paylaşıblar. Mən özüm də məsələnin belə forma almasına bərk narahat oldum".
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseynli "Report"a açıqlamasında bildirib ki, vətəndaşın Ağdamda fərdi yaşayış evinin divarında manqal quraraq kabab bişirməsi həmin binada istilik qatının əriməsinə gətirib çıxarıb:

"Bütün ölkədə olduğu kimi işğaldan azad olunmuş ərazilərdə də tikilən bütün bina və qurğular ciddi nəzarət altındadır. Bu tiklilər tələb olunan bütün normalara cavab verir.
O qeyd edib ki, normaya görə, birmərtəbəli fərdi yaşayış evlərində yanğına dair tələb digər tikililərdən fərqlənir.
"Bu binalar 40 sm qalınlığı olan əhəng daşından tikilib. Üzlüyündə olan istilik qatı binalarda istiliyi və soyuğu tənzimləyir. Əslində, bu evləri taxtadan da tikmək olar. Tikinti norması bunu qadağan etmir. Taxtanın yanında da oddan istifadə etsən, təbii ki, yanğına səbəb olacaq", - T.Hüseynli deyib.
FHN rəsmisi vurğulayıb ki, Ağdamda tikilən evlərdə heç bir təhlükə yoxdur:
"Mən sakinlərə məsləhət görürəm ki, yanğın təhlükəsizliyi qaydalarına əməl etsinlər və oddan bu formada istifadə etməsinlər. Bu yanğınla əlaqəli məsələləri evdən kənarda etsinlər. Divarın kənarında od qalamaq məsuliyyətsizlikdir. Qeyd edim ki, bu binalar təhlükəsiz binalardır və 8-9 ballıq zəlzələyə tab gətirə biləcək formada inşa edilib. İndiyə kimi Azərbaycanda bu cür möhkəm fərdi yaşayış evləri tikilməyib. Burada divarların künclərindən dəmir- beton vasitələrdən istifadə olunub. Bu evlər həm möhkəmlik baxımdan, həm də yanğın təhlükəsizliyi baxımdan bütün tikinti təhlükəsizliyi normalarına uyğun inşa olunub".
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yağına Nəzarət Xidmətinin rəis müavini, daxili xidmət polkovniki Cəmil Xudiyev isə "Report"a açıqlamasında Ağdamda fərdi yaşayış evinin fasad hissəsinin üzlənməsində istifadə olunan material çətin yanan tikinti materialları qrupuna daxil olduğunu deyib.

O bildirib ki, Ağdam rayonun Kəngərli kəndində vətəndaşın çəkdiyi video materialla tanış olublar:
"Video materialda səsləndirilən məsələ ilə bağlı əraziyə baxış keçirildi. Müvafiq sənədlər təhlil olunaraq müəyyən edildi ki, fərdi yaşayış evinin fasad hissəsinin üzlənməsində istifadə olunan material istilik, izolyasiya edən fasad sistemləri qrupuna daxil olan tikinti materialıdır. Materialın akkreditasiya olunan laboratoriyada sınağı keçirilib. Məlum olub ki, sözügedən tikinti materialı çətin yanan tikinti materialları sinfinə daxildir. Tikinti norma və tələblərinə uyğun olaraq bunların tətbiqi məhdudlaşdırılmır".
C. Xusiyev əlavə edib ki, alovun təsirinə məruz qalan bu material təhlükəli material olsaydı, yanğını səthi üzrə yayaraq yaşayış evinin alovlanmasına səbəb olardı:
"Videodan aydın görünür ki, alovun təsirinə məruz qalan hissə temperaturun təsirindən deformasiyaya uğrayaraq əriyib. Bu materiallar öz-özünə alovlanmır və yanğının yaranmasına şərait yaratmayan material kimi qiymətləndirilir. Metal materiallar belə uzun müddətli temperatur təsirinə məruz qaldıqda onlar da deformasiyaya uğrayaraq əriyir. Vətəndaşlar qeyd olunanları nəzərə alaraq ərazilərdə açıq oddan istifadə edərkən binalarla məsafəni gözləməlidirlər. Ətrafı yanan materiallardan təmizləməlidilər ki, bu hallarda baş verən yanğın digər ərazilərə keçməsin".
Jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa-Tikinti İdarəetmə Xidmətinin Keyfiyyətə Nəzarət və Əməyin Təhlükəsizliyi departamentinin müdir müavini, Keyfiyyətə Nəzarət şöbəsinin müdiri Ramin Quliyev bildirib ki, Ağdamın Kəngərli kəndində yaşayış evlərinin üzərinə çəkilmiş fasad suvaq-izolyasiya qatı onu açıq alovdan tam şəkildə mühafizə edir.