Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Zelenski sülh prosesi haqqında: "Əsas sənədlər hazırdır"

22.12.2025 22:51 1 131
Zelenski sülh prosesi haqqında:
Ukrayna Avropa və ABŞ ilə birlikdə Rusiya ilə müharibəni bitirmək üçün əsas sənədləri hazırlayıb, lakin hələ görüləsi işlər var".

Median.Az RBC.ua-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski diplomatlarla görüşdə bildirib.

O vurğulayıb ki, hazırda əsas məqsəd ədalətli sülh və müharibəyə son qoymaqdır:

"Ukrayna diplomatiya yolu ilə qələbəni təmin etmək üçün hər şeyi edir. Bu, Ukrayna müdafiəçilərinin həyatını xilas etmək üçün lazımdır. Sülh planında 20 bənd var. Əlbəttə ki, mükəmməl olmasa da, plan mövcuddur", - deyə prezident qeyd edib.

Zelenski həmçinin bildirib ki, Ukrayna, Avropa və ABŞ arasında təhlükəsizlik zəmanətləri ilə bağlı çərçivə sənədi mövcuddur. Eyni zamanda, Ukrayna üçün ABŞ ilə təhlükəsizlik zəmanətləri barədə ayrıca ikitərəfli sənəd də hazırlanıb. Bu sənəd Konqres tərəfindən bəzi detallar və məxfi düzəlişlərlə nəzərdən keçiriləcək. Prezident detalları açıqlamayıb.

Onun sözlərinə görə, ayrıca olaraq Ukraynanın bərpası ilə bağlı sazişin ilkin layihəsi də hazırlanıb:

"Yəni prinsipcə, bütün sənədlərin əsas hissəsi hazırdır", - deyə Zelenski bildirib.

Son xəbərlər