Mojo.az Banner
Left Banner
Right Banner

Zelenski: Rusiya noyabrda keçiriləcək növbəti sülh sammitinə dəvət olunacaq

13.09.2024 21:35 1 365
Zelenski: Rusiya noyabrda keçiriləcək növbəti sülh sammitinə dəvət olunacaq
Növbəti Qlobal Sülh Sammiti 2024-cü ilin noyabrına planlaşdırılıb və sammitdə iştirak üçün Rusiyanın da dəvət edilməsi planlaşdırılır.

Bu barədə Fransanın “Le Monde” nəşri Ukrayna Prezidenti Volodimir Zelenskinin müvafiq bəyanatına istinadən xəbər verir.

Sammit zamanı Ukrayna Prezidenti münaqişənin sülh yolu ilə həlli üçün öz təkliflərini təqdim edəcək. Bu, müharibəni bitirmək üçün ətraflı plan olacaq.

Daha əvvəl İsveçrənın Rusiyanı Ukrayna üzrə sülh konfransına cəlb etmək üçün fəaliyyətini davam etdirdiyi bildirilmişdi.

İlk sülh sammiti iyunun 15-16-da İsveçrənin Bürgenştok şəhərində keçirilib.скачать dle 11.3
Mojo.az Banner