Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:03 Hacıqabuldakı ölümün kanalizasiya quyusu ilə əlaqələndirilməsi yanlışdır - ADSEA | 18:57 İspaniya nəhəngi ilə qarşılaşma öncəsi "Sabah"ın futbolçusundan açıqlama | 18:43 Tovuz Rayon Mərkəzi Xəstəxanasında xəstələrə dərman çatmır? | 18:32 "Barselona" Bakıdakı matçla bağlı əsas məqamları açıqladı | 18:06 İki baş həkim vəzifəsindən azad edildi | 18:03 Moskvada 590 min dollarlıq saxta pul əməliyyatı: Azərbaycanda 7 il həbs cəzası aldı | 17:57 Fuad Allahverdiyevi şantajda təqsirləndirilən keçmiş xanımı azadlığa buraxıldı | 17:56 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb | 17:54 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - Siyahı | 17:45 Azərbaycanda daha 90 mənzil satışa çıxarılır: Aylıq ödənişlər 445 manatdan başlayır | 17:43 Məhkəmə qərarından yayınan keçmiş hakim cərimələndi | 17:41 Küləyin sürəti artacaq - Xəbərdarlıq | 17:30 Prezident İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib | 17:28 Sənədsiz ev alanların sayı azalır – SƏBƏBİ AÇIQLANDI | 17:26 Azərbaycanlı güləşçinin qanında qadağan olunmuş maddə tapıldı | 17:25 Gənclərin çağırışaqədərki hazırlığı ilə bağlı yeni qaydalar təsdiqləndi | 17:23 Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər | 16:59 Bakıda tanınmış iş adamı vəfat etdi | 16:51 Dövlət sərhədini pozan Əfqanıstan vətəndaşlarına hökm oxundu | 16:51 Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulacaq |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda qeydiyyatda olan şəkərli diabet və vərəm xəstələrinin sayı açıqlanıb

19.12.2025 19:29 432
Azərbaycanda qeydiyyatda olan şəkərli diabet və vərəm xəstələrinin sayı açıqlanıb
Şəkərli diabet xəstəliyi ilə bağlı ölkə üzrə 343 min 349 nəfər xəstə dispanser qeydiyyatındadır.

Bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov "TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair" brifinqdə deyib.

Onun sözlərinə görə, vətəndaşlar 26 adda dərman vasitələri (şəkərsalıcı oral hipoqlikemik preparatlar, insulin analoqları və insan insulinləri), qanda şəkərə nəzarət vasitələri, həmçinin 103 nəfər uşaq üçün insulin pompasının məsrəfləri ilə təmin olunurlar:

"Dərman və tibbi ləvazimatlar 64 mərkəzi rayon xəstəxanasının nəzdində fəaliyyət göstərən imtiyazlı aptek məntəqələrinə və Bakı şəhəri üzrə 27 imtiyazlı aptekə paylanır. Keçən il ilk dəfə olaraq şəkərli diabetli uşaqlarda xəstəliyin idarə olunmasını və qlikemik nəzarətin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə 3-15 yaş arası uşaqlar qanda davamlı qlükoza monitorinq sistemi ilə təchiz olunub və bu il ərzində davamlı olaraq təminatı həyata keçirilib. Hazırda bu kateqoriyaya aid uşaqların 60 %-i (1300 nəfər) cihazla təmin edilib".

TƏBİB rəhbəri eyni zamanda əlavə edib ki, ölkə üzrə ilkin vərəmli xəstələrin sayı 1 875 nəfər, təkrar vərəmli xəstələrin sayı 1 647 nəfərdir:

"Beləliklə, cəmi 3 522 nəfər bu ilin 11 ayı üzrə dispanser qeydiyyatına alınıb, onlardan isə 579 nəfər dərmana davamlı xəstələrdir".

Son xəbərlər