Mojo.az Banner
23:01 Daim üşüyürsünüz? - Endokrinoloq diqqətdən kənarda qoyulmamalı simptomları açıqladı  |     22:55 İcbari sığorta haqları artırılacaq?  |     22:46 Başqalarına kömək etmək bu xəstəliyin inkişafını ləngidə bilər  |     22:41 Qonşusunu bıçaqlayan 61 yaşlı şəxs məhkəmə zalında həbs edilib  |     22:34 İran Oman körfəzində tankeri vurdu  |     22:27 Ayselin aliment ödəməyən əri həbs olundu  |     22:22 Leyla Əliyeva Laçının vəhşi təbiətindən paylaşım etdi - VİDEO  |     22:15 Türkiyədə bələdiyyə sədrinin müavini qəzada öldü  |     22:09 "Rəqəmsal rabitə" informasiya sistemi nəyə xidmət edəcək?  |     22:02 Gənc əsgər vəfat etdi  |     21:57 Toyuq kəsimi sexində antisanitar vəziyyət - FOTOLAR  |     21:50 Minimum əməkhaqqı, pensiya və müavinətlər bu qədər arta bilər  |     21:45 Sabah yağış yağacaq  |     21:36 Bir gecədə Rusiyanın 6 SU-34 təyyarəsi məhv edildi  |     21:31 Yeni Böyük Çin Səddi tikilir  |     21:24 Nazirlər Kabineti "Azərişıq" və "Azərenerji" ilə bağlı qaydada dəyişiklik edib  |     21:08 Navai Qazaxıstanda işgəncələrlə tanınan təcridxanaya yerləşdirildi  |     20:55 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb  |     20:48 Bakıda parkda Mərakeş vətəndaşını öldürməkdə təqsirləndirilən gənc: "Etmədiyim cinayəti öz üzərimə götürmüşəm"  |     20:06 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı açıqlanıb

15.11.2023 21:28 3 276
Azərbaycanda qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı açıqlanıb
"Hazırda ölkədə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 300 mini keçib".

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, endokrinoloq Oqtay Hüseynov deyib.

O, Azərbaycanda şəkərli diabetdən əziyyət çəkənlərin sayının artdığını və vəziyyətin acınacaqlı olduğunu da bildirib.

Endokrinoloq şəkərli diabetin bütün dünyada geniş yayılmış xəstəlik olduğunu, qeyri-infeksion epidemiya sayıldığını vurğulayıb: “Evdə şəkər ölçən cihazla diaqnoz qoymaq olmaz. Qanda şəkərin səviyyəsini yüksək olduğunu görəndə panikaya düşmək lazım deyil. Sadəcə həkimə vaxtında müraciət etmək və lazımi analizlər vermək vacibdir”.

O.Hüseynov əlavə edib ki, qanda şəkərin səviyyəsini normada saxlamaq lazımdır: “Mütəmadi yüksələn səviyyə isə digər orqanları sıradan çıxarır. Müalicə 3 hissədən – pəhriz, düzdün dərman təyinatı və fiziki hərəkətlərdən ibarətdir. Bütün bunlara ciddi riayət etmək lazımdır. Xəstəliyin müalicəsinin 90 %-i pasiyentdən, 10 % isə həkimdən asılıdır”.скачать dle 11.3
Mojo.az Banner