Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:59 Ölümlə nəticələn qəzaya görə Monteneqrodan Azərbaycana ekstradisiya olunacaq | 15:52 Nisyə mal satanların diqqətinə: Yeni qərar qüvvəyə minəcək | 14:47 Uşaqlarını internata qoyub evə qayıtdı, arvadını bıçaqladı - Xaçmazdakı cinayətin təfərrüatı | 14:41 Noyabrın ən şanslı bürcləri bəlli oldu – Kimləri uğur gözləyir? | 14:27 Noyabrda ardıcıl 4 gün iş olmayacaq | 14:13 Green Card arzusu niyə yarımçıq qalır? – Trampın miqrasiya siyasətinin pərdəarxası | 14:00 Jurnalistlərlə bağlı hadisələrin arxasında hansı səbəblər dayanır? – Açıqlama | 13:54 Ceyranbatan gölündə meyit tapılması xəbəri ilə bağlı AÇIQLAMA | 13:36 Binədə törədilən qətllə bağlı ailənin azyaşlı övladı: "Atam dedi ki, əgər burada qalmasanız, sizin üçün yaxşı olmayacaq" | 13:26 Universitet və kolleclərdə vahid geyim forması tətbiq olunacaq? | 13:09 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia | 13:06 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi - Video | 13:01 Geyim qaydalarına əməl etməyən şagirdlərə attestat verilməyəcək? - Rəsmi açıqlama | 12:57 Azərbaycanda reabilitasiya mərkəzlərindən biri ləğv olunur | 12:53 İstilik mövsümünə daha tez başlanılan rayonların sayı xeyli artırıldı - Siyahı (Yenilənib) | 12:38 Koronavirus yenidən baş qaldırır: Azərbaycana təhlükə varmı? | 12:32 200 min manatlıq rüşvətə görə həbs edilən vəzifəli şəxslərdən xəbər var | 12:22 Müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiyalar elan edilir | 12:20 Oğuzda meşədən yanmış kişi meyiti tapıldı | 12:19 25 gün meteor yağışı olacaq |
Mojo.az Avto
Mojo.az Avto

Şavkat Mirziyoyev Azərbaycan Prezidentini təbrik edib

19.12.2025 18:48 1 128
Şavkat Mirziyoyev Azərbaycan Prezidentini təbrik edib
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib.

Təbrik məktubunda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Əziz qardaşım.

Zati-aliləri, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Sizi əzəli qardaşımız olan Azərbaycan xalqının əsl vətənpərvər və fədakar övladı, müdrik və sədaqətli rəhbəri, dövrümüzün görkəmli dövlət xadimi, beynəlxalq miqyasda yüksək hörmət və nüfuza malik böyük siyasətçi kimi yaxşı tanıyır və yüksək qiymətləndiririk.

İdarəçilik sahəsindəki zəngin bilik və təcrübəniz, uzaqgörən, müdrik və səmərəli siyasətiniz nəticəsində doğma Vətəninizin təkcə ərazi bütövlüyü bərpa olunmayıb, həm də onun beynəlxalq arenadakı mövqeyi və nüfuzu ildən-ilə daha da möhkəmlənib ki, bütün bunlar bizi sonsuz dərəcədə sevindirir.

Bu məqamda Sizin irəli sürdüyünüz mühüm regional və qlobal təşəbbüslərin dünya ictimaiyyəti tərəfindən geniş dəstək görməsini də xüsusi vurğulamaq istərdim.

Dost və qardaş dövlətlərimiz arasında strateji tərəfdaşlıq, müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi yolundakı böyük xidmətləriniz və qətiyyətli səyləriniz sayəsində qardaşlıq əlaqələrimizin tamamilə yeni keyfiyyət mərhələsinə yüksəldiyini məmnuniyyətlə qeyd edirik.

Hörmətli İlham Heydər oğlu, qarşıya qoyduğumuz ali məqsədlərə çatmaq üçün birgə səylərimiz, ali səviyyədə aparılan fəal və konstruktiv dialoqumuz nəticəsində çoxşaxəli və uzunmüddətli əməkdaşlığımızın qardaş xalqlarımızın ümumi tərəqqisi naminə bundan sonra da səmərəli inkişaf edəcəyinə qəti şəkildə inanıram.

Əziz dostum, həyatınızın bu sevincli və unudulmaz günü münasibətilə Sizi bir daha səmimi-qəlbdən təbrik edir, Ulu Tanrıdan Sizə möhkəm cansağlığı, ailə səadəti, ölkənizin əmin-amanlığı və rifahı naminə həyata keçirdiyiniz məsuliyyətli dövlətçilik fəaliyyətinizdə yeni-yeni nailiyyətlər, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı inkişaf arzulayıram".

Son xəbərlər