Mojo.az — elanlar
Son Xəbərlər
14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |    
Mojo.az Avto
Mojo.az Avto

Borc aldığı tanışının boğazını kəsib öldürdü - Xırdalanda 20 manata görə qətl törədildi

28.11.2025 12:08 456
Borc aldığı tanışının boğazını kəsib öldürdü - Xırdalanda 20 manata görə qətl törədildi
Abşeron rayonunun Xırdalan şəhərində 35 yaşlı kişinin boğazını kəsərək qətlə yetirməkdə təqsirləndirilən İlkin Novruzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Novruzov 17 il azadlıqdan məhrum edilib.

İttihama görə, İ.Novruzov Xırdalan şəhər sakini, 1990-cı il təvəllüdlü Heybət Mahir oğlu Quliyevi xüsusi amansızlıqla qətlə yetirib. O, H.Quliyevi 20 manat borca görə öldürüb.

Məlum olub ki, Xırdalan şəhərində mebel ustası işləyən H.Quliyev İlkin Novruzovla tanış olub. İlkin Vətən Müharibəsi iştirakçısı olub və müharibədən sonra evinə qayıtsa da, heç bir yerdə işləməyib. Onun 20 manata ehtiyacı yaranıb və həmin məbləği Heybətdən borc alıb, 20 günə qaytaracağını bildirib.

Hadisədən bir ay keçməsinə baxmayaraq, İlkin borcu qaytarmayıb. Heybət borcunu tələb etdikdə, İlkin müxtəlif bəhanələrlə bundan yayınmağa çalışıb. Sonda Heybət ona zəng edərək borcu tələb edib və aralarında mübahisə yaranıb. Bundan əsəbiləşən İlkin evdən bıçaq götürərək yaşadığı Masazır qəsəbəsindən Xırdalana gedib və Heybətlə görüşüb. Danışıq zamanı mübahisə daha da gərginləşib. İlkin özü ilə gətirdiyi bıçaqla Heybətin boğazını kəsərək onu qətlə yetirib və hadisə yerindən qaçıb.

Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində İ.Novruzov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib.
//oxu.az

Son xəbərlər