Mojo.az Banner
21:40 Sabah paytaxtın bir rayonunda qaz kəsiləcək  |     21:22 Bəzi ərazilərdə su olmayacaq  |     21:06 Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı  |     20:33 Azərbaycan Respublikası Media və Yayım Şurasının açıqlaması  |     20:31 Bəxtiyar Əsgərovu kim əvəz edəcək? - Yeni təyinat  |     20:15 Masazırda avtomobilləri yandıran şəxslər saxlanıldılar  |     20:04 Naxçıvan MR-in Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin olunub  |     19:58 Azərbaycanın yeni səfiri etimadnaməsini Pakistan prezidentinə təqdim edib  |     19:49 Şirvanda 1 yaşlı uşaq yıxılaraq ağır xəsarət alıb  |     19:38 PKK İraqdakı dörd düşərgəni boşaltdı  |     19:28 Bakıda məktəbli əmisinin zorakılığına məruz qalıb? - İddia  |     19:20 "Sabah"ın oyunu ilə əlaqədar Bakıda 18 marşrutun hərəkət sxemi dəyişdirilir  |     18:40 Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb  |     18:06 Məktəbli forması şagirdlərin düşüncəsinə necə təsir edir? – AÇIQLAMA  |     17:58 Çindən Azərbaycana gətirilən 8 mindən çox baytarlıq preparatı məhv edildi  |     17:48 Bakıda və rayonlarda külək güclənəcək - Sarı xəbərdarlıq  |     17:24 Hicaba görə məktəbə getməyən uşağın valideyni 100 manat cərimələnə bilər – AÇIQLAMA  |     15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Parkda sevgilisini öldürən sabiq polis qadına hökm oxundu

11.09.2020 12:59 2 955
Parkda sevgilisini öldürən sabiq polis qadına hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Günel Qasımovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Trend”in məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə G.Qasımova 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında Abşeron rayonunun Xırdalan şəhərində şəhər sakini, 27-ci məhəllə, ev 2, mənzil 9-da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqla qətlə yetirilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin R.Hüseynovun sevgilisi Qasımova Günel Eldar qızı tərəfindən törədildiyi məlum olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Günel Qasımova sabiq polis əməkdaşı olub.скачать dle 11.3
Mojo.az Banner