Mojo.az Banner
13:20 Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq - FOTO  |     13:03 Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək  |     12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |     12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |     12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |     12:14 Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq  |     12:03 Kəndlərdə qızların erkən ərə verilməsinin səbəbləri AÇIQLANDI  |     12:01 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı  |     11:39 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE  |     11:14 Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM  |     19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan və Sloveniya birbaşa hava əlaqəsinin açılmasını müzakirə edirlər

27.11.2025 16:07 444
Azərbaycan və Sloveniya birbaşa hava əlaqəsinin açılmasını müzakirə edirlər
Azərbaycan və Sloveniya iki ölkə arasında birbaşa hava əlaqəsinin açılmasına imkan verəcək sazişin imzalanması barədə danışıqlar aparır.

Median.Az
report-a istinadən xəbər verir ki, bunu Sloveniyanın iqtisadiyyat, turizm və idman naziri Matyaj Han bəyan edib.

Onun sözlərinə görə, birbaşa reyslər iqtisadi əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi üçün mühüm addım olacaq.

M.Han vurğulayıb ki, ölkələr arasındakı münasibətlər müsbət istiqamətdə inkişaf edir və son illərdə xüsusilə logistika, nəqliyyat marşrutları, energetika, rəqəmsallaşma və əczaçılıq sahələrində əməkdaşlıq aktiv şəkildə artır.

Nazir xatırladıb ki, hal-hazırda Sloveniya və Azərbaycan arasında müntəzəm uçuşlar yoxdur, lakin müvafiq saziş üzrə danışıqlar davam edir: "Müntəzəm hava əlaqəsi ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsinə kömək edəcək".

Bundan əlavə, turist axını hələ də aşağı səviyyədə qalır: 2025-ci ilin yanvar-avqust aylarında Sloveniyadan Azərbaycana cəmi 553 turist səfər edib. Bu baxımdan nazir iki ölkənin turizm idarələrinə jurnalistlər, influenserlər və tur operatorları üçün tanışlıq səfərlərinin təşkili də daxil olmaqla, daha sıx əməkdaşlıq imkanlarını nəzərdən keçirməyi təklif edib.скачать dle 11.3
Mojo.az Banner