Mojo.az Banner
13:33 LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq  |     13:20 Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq - FOTO  |     13:03 Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək  |     12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |     12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |     12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |     12:14 Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq  |     12:03 Kəndlərdə qızların erkən ərə verilməsinin səbəbləri AÇIQLANDI  |     12:01 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı  |     11:39 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE  |     11:14 Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM  |     19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Qəfildən dünyasını dəyişənlərin sayı artır, bəs səbəb nədir?

24.11.2025 22:50 498
Qəfildən dünyasını dəyişənlərin sayı artır, bəs səbəb nədir?
Son vaxtlar Azərbaycanda qəfildən dünyasını dəyişənlərin sayı artmaqdadır. Xüsusən də bu kimi hadisələr avtobus dayanacaqlarında və iş yerlərində baş verir.

Məsələn, noyabrın 23-də paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində dayanacaqda ölüm faktı qeydə alınıb. Şirvan şəhər sakini 1966-cı il təvəllüdlü Elşən Əlikram oğlu Quliyev M.S.Ordubadi küçəsi 3-də yerləşən avtobus dayanacağında qəflətən ölüb. Müayinə zamanı onun infarktdan vəfat etdiyi bildirilib.
Bundan əlavə fəaliyyəti dayandırılan Azadlıq Partiyasının sabiq sədri Əhməd Oruc da qəflətən insult keçirib və səhəri yerləşdiyi xəstəxanada dünyasını dəyişib.

Qəfil ölüm hallarının yaranmasına gətirən səbəblər hansılardır?

Həkim Aydın Əliyev Qaynarinfo-ya açıqlamasında qəfil ölüm hallarının bir neçə səbəbinin olduğunu diqqətə çatdırıb:

"Bunlardan birincisi odur ki, Azərbaycanda yaşayış şərtləri streslidir. Hamımız stresdəyik. Kimi ailə-uşağının, kimi işlədiyi yerin, kimi də özünün ucbatından. İqtisadi stabillik, rifah halı yoxdur. İkincisi və ən başlıcası odur ki, insanlar vaxtaşırı profilaktik müayinələrdən keçmirlər. Hər ildə ən azı bir, bəzən isə iki dəfə müayinədən keçmək lazımdır. Bunu heç kəs etmir, ya da etmək istəmir. Statistikada dünyasını dəyişənlərin arasında tanıdığımız şəxlər də var. Onların dünyasını dəyişməsi kimi hallar mətbuatın diqqətini çəkir, amma mən deyə bilərəm ki, çoxlu sayda belə faktlar var. Onlar sıradan insanlar olduğundan ölüm halları diqqət çəkmir. Düşünürəm ki, bunların iqtisadi səbəbləri var. Əksəriyyəti özəl yerlərdə işləyir və vaxtında müayinəyə gələ bilmirlər”.

Aydın Əliyevin sözlərinə görə, insan sağlamlığı üçün qidalanma faktoru böyükdür:

"Duzlu, yağlı, ətli yeməkləri sevirik və bunlara üstünlük veririrk. Ekoloji təmiz qidaları yemirik. Daha yaxşı olar ki, vətəndaşlarımız belə qidalara üstünlük versinlər və ildə ən azı bir dəfə də olsa müayinədən keçsinlər”.скачать dle 11.3
Mojo.az Banner