Mojo.az Banner
17:30 Cəbrayılda mina partlayışı: Xəsarət alan var  |     17:26 PKK Türkiyədən tamamilə çıxdı  |     16:13 Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib  |     16:05 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi  |     15:51 Səbuhi Əliyevə vəzifə verildi  |     15:35 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı (Yenilənib)  |     15:33 Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən şəxsə məhkəmə ağır cəza verdi  |     15:32 Paşinyan: "Türkmənistanda İlham Əliyevlə təmaslar ola bilər"  |     15:26 Paşinyan Zəngəzurda saxlanılan əsgərimiz barədə: "Biz onu həmin gün qaytara bilərdik"  |     15:21 İranda ekoloji böhran Azərbaycana çata bilərmi?  |     14:52 Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq  |     14:50 Berdiməhəmmədov: "Mərkəzi Asiya və Azərbaycan formatı iqtisadi və texnoloji inkişaf üçün ilkin şərtlər yaradır"  |     13:41 Berdiməhəmmədov: "Türkmənistan Azərbaycanda görüşün hazırlanmasına köməklik göstərəcək"  |     13:38 Suriyadan gətirilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb  |     12:51 Mirziyoyev: "Azərbaycanın sədrliyi ilə C6 formatı yeni impuls qazanacaq"  |     12:42 Rəhmon: "Tacikistan C6-ya sədrliyində Azərbaycanı dəstəkləməyə hazırdır"  |     12:41 Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhəddə dəmir yolu xəttinin bərpası tenderi baş tutmayıb  |     12:33 Bakıda bəzi marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib  |     12:31 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı  |     12:06 Tokayev: "Mərkəzi Asiya və Azərbaycan Avrasiyada geosiyasi qarşılıqlı fəaliyyət mərkəzləridir"  |    
Mojo.az Avto
Mojo.az Avto

KİV: Fransa könüllü hərbi xidməti tətbiq edəcək

24.11.2025 22:04 630
KİV: Fransa könüllü hərbi xidməti tətbiq edəcək
Fransa yaxın günlərdə könüllü hərbi xidmətin tətbiqini elan edə bilər.

Qaynarinfo "Le Figaro”ya istinadla yazır ki, prezident Emmanuel Makron bununla bağlı rəsmi açıqlamanı 27 noyabrda — Avropada təhlükəsizlik risklərinin artdığı bir vaxt — verməyi planlaşdırır.

"Fransa güclü orduya malik qüdrətli dövlət olaraq qalmalıdır”, — Makron Yohannesburqda keçirilən G20 sammitinin kuluarlarında vurğulayıb.

Nəşrin məlumatına görə, təşəbbüs üzərində iş artıq bir neçə aydır davam edir: prezident ilk dəfə bu ideyadan iyulun 13-də hərbi komandanlıq qarşısındakı çıxışında bəhs etmişdi.

"Le Figaro” qeyd edir ki, hökumət bir neçə senari nəzərdən keçirir. Plan ildə 10 mindən 50 minədək könüllünün cəlb edilməsini nəzərdə tutur. Xidmətin müddəti 10 ay ola bilər, iştirakçılara isə hər ay bir neçə yüz avroluq maddi ödəniş veriləcək.

Makron islahatın vacibliyini belə izah edir: Avropa "Rusiyadan gələn daimi təhdidlə” üzləşir və buna görə dövlət lazım gəldikdə sürətli şəkildə səfərbər ola bilməlidir.

Fransa hərbi xidmətə yanaşmanı yenidən nəzərdən keçirən yeganə Aİ ölkəsi deyil. Bundan əvvəl Almaniya hökuməti yeni seçim modelini razılaşdırmışdı:
• bütün 18 yaşlı vətəndaşlara motivasiya və yararlılığın qiymətləndirilməsi üçün anket göndəriləcək;

• 1 yanvar 2008-dən sonra doğulan gənclər tibbi yoxlamadan keçməyə məcbur olacaq;

• xidmət könüllü olaraq qalacaq, lakin yetərincə müraciət olmadığı halda "zərurət üzrə çağırış” tətbiq edilə bilər və namizədlər püşk yolu ilə seçiləcək.
UNIAN-ın xəbərinə görə, Avropa İttifaqında hərbi personalın, avadanlıqların və digər müdafiə vasitələrinin sürətli və maneəsiz hərəkəti üçün hazırlıq aparılır.
Bəzi ölkələrdə bu kimi qərarların qəbulu çox uzun çəkir. Buna görə də hərbi təhdid halında qoşunların hərəkəti 45 gün çəkə bilər.

Avropada əvvəllər qitədə müharibəyə hazırlaşılmırdı. İndi isə belə müharibəyə hazır olmaq üçün tələb olunan müddət azaldılır.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov əmindir ki, Rusiya bu cür əməliyyatları çoxdan planlaşdırıb, lakin bunu yalnız Ukraynaya qarşı müharibədən sonra həyata keçirə bilər.скачать dle 11.3
Mojo.az Banner