Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

63 yaşlı "vəkil" 3 il azadlıqdan məhrum edildi

20.11.2025 18:33 399
63 yaşlı
"Əsma Hüquq Xidmətləri Servis" MMC-nin rəhbəri Tahir Qurbanova hökm oxunub.

Qaynarinfo xəbər verir ki, Xətai Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə mühakimə olunan Tahir Qurbanov 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.

İş materiallarına görə, Tahir Qurbanov bir neçə nəfərə qarşı dələduzluq edib. Onun qurbanları əsasən yaxınları həbs olunmuş şəxslər olub. Tahir Qurbanov həmin şəxslərə yüngül cəza verilməsinə, yaxud azadlığa buraxılmasına nail olacağı barədə onların yaxınlarına vəd edib. O, zərərçəkmişlərdən ümumilikdə 50 000 manatdan yuxarı pul alıb.

Tahir Qurbanov verdiyi vədi yerinə yetirmədiyinə görə barəsində hüquq-mühafizə orqanlarına müraciət edilib. O, saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

63 yaşlı Tahir Qurbanov qurbanlarına özünü vəkil kimi təqdim edib.

Son xəbərlər