Mojo.az — elanlar
Son Xəbərlər
11:11 Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi  |     23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |    
Mojo.az Avto
Mojo.az Avto

Məhkəmə həbsdə olmuş Bakı Şəhər Prokurorluğunun sabiq dəftərxana müdirinin müraciətini rədd edib

05.08.2024 14:29 855
Məhkəmə həbsdə olmuş Bakı Şəhər Prokurorluğunun sabiq dəftərxana müdirinin müraciətini rədd edib
Bakı Şəhər Prokurorluğunun sabiq təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi, dəftərxana müdiri Elçin Müzəffər oğlu Qurbanov məhkumluğunun üzərindən götürülməsi ilə bağlı məhkəməyə müraciət edib.

"Report" xəbər verir ki, Elçin Qurbanovun müraciətinə Xətai Rayon Məhkəməsində baxılıb.

Məlum olub ki, Elçin Qurbanovun məhkumluğu bir neçə gün qabaq ödənilib. Bu səbəbdən məhkəmə onun müraciətini rədd edib.

Qeyd edək ki, Elçin Qurbanov 2018-ci ildə saxlanılıb.

Onun qanunsuz hərəkətlərə yol verməsi barədə daxil olmuş müraciətlər əsasında 2018-ci il aprelin 9-da Baş Prokuror tərəfindən Cinayət Məcəlləsinin 178.2.1 və 310-cu maddələri ilə başlanaraq istintaqın aparılması Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə həvalə edilib. Aparılmış istintaq zamanı Elçin Qurbanov Cinayət Məcəlləsinin 310, 178.2.1, 178.2.4, 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xətai Rayon Məhkəməsinin hökmü ilə Elçin Qurbanov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını çəkərək azadlığa buraxılıb.

Son xəbərlər