Mojo.az Banner
21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |     20:36 Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər  |     20:29 Azərbaycanın cüdo tarixində rekord...  |     20:20 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     20:06 Bakıda məşhur restoranda biabırçı vəziyyət - İddia - Video  |     20:00 Baloğlan Əşrəfovun oğlu: "Atama qarşı haqsızlıqlar çox oldu"  |     19:12 Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü  |     19:10 Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?  |     19:04 Tanınmış türkiyəli müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü  |     18:54 Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın  |     18:43 Mərakeşli və iki əfqan Azərbaycan-Gürcüstan sərhədində saxlanıldılar  |     18:07 Müdafiə Nazirliyində mənimsənilmiş dövlət vəsaitinin 12 milyon manatını general qaytarıbmış  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 2 şəhidin məzarı qarət edildi - Video

20.11.2025 12:48 423
Bakıda 2 şəhidin məzarı qarət edildi - Video
Şəhidlər ailələrinə onları xatırladan əşyaları, xalqımıza isə Vətənimizin bütövlüyünü əmanət ediblər. Bu əmanətə sədaqət isə hər birimizin borcudur. Təəssüf ki, bir şəhidin müharibədə döyüşboyu ayağında olan çəkməsi, dəbilqəsi, digər şəhidin isə gitarası məzarının önündən oğurlanıb.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında baş verib.

Şəhid mayor Səyavuş Kəlbalıyevin həyat yoldaşı Pərvanə Kəlbalıyeva deyir ki, hadisə ilə bağlı xəbəri səhər saatlarında alıb. Şəhidin oğurlanan yeganə əşyaları 4 ildir şüşə qutunun içərisində, məzarın yanında qorunurdu.

Şəhidin yoldaşı deyir ki, Vətən uğrunda canından keçən qəhrəmanların yadigarlarını dağıdaraq oğurlayıb aparmaq hörmətsizlikdir.

Şəhid Fəxri Məmmədovun atası Habil Fəxri isə deyir ki, hadisəni eşidəndən dərin sarsıntı içərisindədirlər: "Balamın əlləri dəyən öz gitarasını, tək təsəllimizi aparıblar".

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

Əməli törədən şəxs və ya şəxslərin müəyyən olunaraq saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:скачать dle 11.3
Mojo.az Banner