Mojo.az Banner
23:01 Gəncədə Nizami məqbərəsində körpüdən yıxılan qadının vəziyyəti açıqlanıb  |     22:56 Ağ Ev: ABŞ İranla sülhə üstünlük verir  |     22:48 Pişiklər niyə həmişə ayaqları üstə düşür?  |     22:43 Putin Rusiyadan qızıl külçələrin ixracını qadağan etdi  |     22:37 Tikinti şirkəti vətəndaşın evini təhvil vermir? - Video  |     22:32 Azərbaycan Almaniya iqtisadiyyatına nə qədə investisiya qoyub?  |     22:26 Şəhid qardaşların atası vəfat etdi  |     22:21 Antarktida altında gizli dünya sahil şəhərlərini su altında qoya bilər  |     22:13 Küçəni zəbt edən nömrəsiz maşınların sahibləri cərimələndilər - Video  |     22:06 İran daha bir boğazı bağlamaqla hədələyir  |     22:01 KİV: Tramp hər gün İrana zərbələrə dair videolara baxır  |     21:23 Zərdabdakı qəzada ölənlərin sayı 3-ə çatdı  |     21:23 Dayının bacısı oğluna qarşı iyrənc cinayəti...  |     21:18 Qalmaqallı prokuror işdən çıxarıldı  |     21:11 Rafael Nadal doktorluq dərəcəsi alıb  |     21:00 İranın tanınmış kəşfiyyatçısı öldürüldü  |     20:54 Xaçmazda meşədə gənc oğlan meyiti TAPILDI  |     20:46 Mirzoyan: "Ermənistanın məqsədi Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıq sistemi formalaşdırmaqdır"  |     20:41 Nərgiz İsmayılova Çempionlar Liqasına təyinat aldı  |     20:30 Ana oğlunu öldürən ərini bağışladı - “İkisi də içən idi...”  |    
Left Banner
Right Banner

"Range Rover"lə qəza törədib qaçan gənc "makler"lə bağlı QƏRAR

17.11.2025 15:55 351
Ali Məhkəmədə ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham edilən Elgün Kərimovun barəsindəki qərardan verilən kasasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, kasasiya şikayəti geri götürülüb.

Məhkəmə buna müvafiq qərar qəbul edib.

İttihama görə, ötən il 29 sentyabrda saat 23 radələrində baş verən qəza Pirşağıda 44 yaşlı Raqif Abbasovun ölümü ilə nəticələnib. Hadisəni törətmiş 2001-ci il təvəllüdlü sürücü Elgün Kərimov saxlanılıb və o, Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü (Sərxoş halda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə və hadisə yerindən qaçma) maddələri ilə təqsirli bilinib.

Məhkəmədə bildirilib ki, Elgün Kərimov fərdi qaydada əmlak alqı-satqısı ilə ("makler" fəaliyyəti) məşğul olurmuş. Sentyabrın 29-da onun ad günü imiş və atası Elçinlə, "makler" dostları ilə birgə Pirşağıdakı məşhur restoranlardan birinə yollanıblar. Elgün restorana hadisədən bir gün əvvəl icarəyə götürdüyü "Range Rover Sport" markalı avtomobillə gəlib. Onlar ad günü mərasimində yeyib-içiblər və Elgün gecə saatlarında avtomobillə geri qayıdarkən icarəyə götürdüyü nəqliyyat vasitəsilə 44 yaşlı Raqif Abbasovu vurub. Onun atası və digər şəxslər yaralını xəstəxanaya aparsa da, Elgün hadisə yerindən uzaqlaşıb. Yaralı şəxsin isə həyatını xilas etmək mümkün olmayıb.

Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən bildirib ki, zərərçəkmiş tərəfə maddi zərərə görə 18 min manata yaxın ödəniş ediblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 6 il həbs cəzası verilib. Cəzanın başa çatmasından sonra Elgün Kərimovun sürücülük hüququ 3 il 6 ay müddətə məhdudlaşdırılacaq. Onun apellyasiya şikayəti təmin edilməyib.скачать dle 11.3
Mojo.az Banner