Mojo.az Banner
22:57 Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin qəbul nəticələri açıqlanıb  |     22:50 Böyük Britaniyada hava limanları kiberhücuma məruz qalıb  |     22:42 Bərdədə avtomobil evə çırpılıb: Maşını uşağın idarə etdiyi iddia olunur - VİDEO  |     22:36 "Sabah"ın rəqibləri bilindi: İspaniya, İngiltərə, İtaliya və Almaniya nəhəngləri (YENİLƏNİB)  |     22:30 Elnarə Təhməzova tələbə oldu  |     22:23 600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı  |     22:15 Tovuzda 116 min manatlıq "hərrac dələduzluğu"  |     22:07 Sabah çimərliyə gedənlərə xəbərdarlıq  |     21:59 Azərbaycanlı avtoritet Soçidə saxlanıldı, polis məntəqəsində öldü (FOTO)  |     21:53 Nepalda daşqınlarda ölənlərin sayı 350-ni keçib  |     21:46 Makaron yeyənlərə XƏBƏRDARLIQ: ZƏHƏRLİ İMİŞ...  |     21:40 “WhatsApp”dan sevindirici YENİLİK: BUNDAN SONRA...  |     21:31 Göyərtəsində 15 azərbaycanlı dənizçinin olduğu gəmiyə Qara dənizdə dronla HÜCUM EDİLİB - VİDEO  |     21:18 Bakının bu küçələri bağlanır  |     21:10 Hövsanda yanğın başlayıb  |     21:04 Sabah bu rayonların bir hissəsində qaz olmayacaq  |     20:56 Avstraliyada fərqli valideynlərdən olan əkizlər dünyaya gəldi  |     20:50 Avropanı yeni dəhşətli isti dalğası bürüyəcək - 45 dərəcə  |     20:44 Sabah 35 dərəcə isti olacaq, güclü külək əsəcək  |     20:39 Qlobal toyuq istehsalı 20 ildə iki dəfə artıb  |    
Left Banner
Right Banner

Azyaşlının ölümünə səbəb olan keçmiş vəzifəli şəxslə bağlı QƏRAR AÇIQLANDI

12.11.2025 14:30 864
Azyaşlının ölümünə səbəb olan keçmiş vəzifəli şəxslə bağlı QƏRAR AÇIQLANDI
Ali Məhkəmədə avtomobillə ana və oğlunu vurmaqda təqsirləndirilən Xızı Rayon Polis Şöbəsinin (RPŞ) Cinayət axtarış bölməsinin sabiq baş əməliyyat müvəkkili, polis kapitanı Telman Kərimovun barəsindəki qərardan yenidən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
Pravda.az-a istinadən xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxs kassasiya şikayətini geri götürüb.

Xatırladaq ki, hadisə ötən il iyulun 7-də saat 17 radələrində Xətai rayonu ərazisində, metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, Xızı RPŞ-nin Cinayət axtarış bölməsinin sabiq baş əməliyyat müvəkkili, polis kapitanı Telman Kərimov idarə etdiyi "Ford Mustang" markalı avtomobili ilə 1990-cı il təvəllüdlü Qənirə Rasim qızı Əhmədovanı və onun 6 yaşlı övladı Murad Abbas oğlu Əhmədovu vurub. Nəticədə uşaq ölüb.

Telman Kərimovun barəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma - ölümlə nəticələndikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xətai Rayon Məhkəməsinin hökmü ilə polis zabitinə 2 il 6 ay müddətinə sürücülük hüququndan məhrum edilməklə 5 il 2 ay müddətinə həbs cəzası verilib. O, məhkəmə zalındaca həbs olunub. 28 yaşlı Telman Kərimovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilib. Bakı Apellyasiya Məhkəməsi Telman Kərimovun şikayətini təmin etməyib. Ali Məhkəmənin qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin çıxardığı qərar tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib və təmin olunmayıb.

Qeyd edək ki, Telman Kərimov daha əvvəl Beyləqan RPŞ-də müstəntiq vəzifəsində də çalışıb. Onun qəza törətdiyi "Ford Mustang" markalı avtomobil idman avtomobilidir. Telman Kərimov hadisədən sonra polis orqanlarından kənarlaşdırılıb.скачать dle 11.3
Mojo.az Banner