Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Məhkəmə azyaşlını maşınla vuraraq öldürən sürücü ilə bağlı qərar çıxardı

01.03.2024 13:09 1 449
Məhkəmə azyaşlını maşınla vuraraq öldürən sürücü ilə bağlı qərar çıxardı
Şəki Apellyasiya Məhkəməsində Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nurullah Dibirovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İmanverdi Şükürovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

Balakən Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Nurullah Dibirov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən ilin sentyabr ayının 11-də baş verib. Balakən şəhəri R.Səmədov küçəsi ilə Talalar kəndi istiqamətinə hərəkət edən rayon sakini Nurullah Dibirov idarə etdiyi QAZ-31 markalı minik avtomobili ilə piyada 2013-cü il təvəllüdlü Rail Nail oğlu Nağıyevi vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan R.Nağıyev Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Azyaşlı sentyabrın 14-də xəstəxanada vəfat edib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.скачать dle 11.3
Mojo.az Banner