Mojo.az Banner
13:33 LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq  |     13:20 Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq - FOTO  |     13:03 Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək  |     12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |     12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |     12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |     12:14 Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq  |     12:03 Kəndlərdə qızların erkən ərə verilməsinin səbəbləri AÇIQLANDI  |     12:01 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı  |     11:39 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE  |     11:14 Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM  |     19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Sabirabadda 17 yaşlı qız üçün yenidən toy keçiriləcəyinə dair iddialara aydınlıq gətirilib

17.11.2025 14:05 393
Sabirabadda 17 yaşlı qız üçün yenidən toy keçiriləcəyinə dair iddialara aydınlıq gətirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Sabirabadda 17 yaşlı qız üçün yenidən toy keçiriləcəyinə dair iddialara aydınlıq gətirib.

Median.Az
xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Xatırladılıb ki, bir neçə ay əvvəl Sabirabad rayonunda 18 yaşına çatmayan qızın toy mərasiminin keçiriləcəyi barədə məlumat yayılmışdı. Dövlət Komitəsi digər qurumlarla birlikdə məsələni araşdırıb və toy mərasiminin keçirilməsinin qarşısı alınıb.

Noyabrın 15-də isə mediada ailənin toy mərasimini yenidən planlaşdırdığı gündəmə gətirilib.

Dövlət Komitəsi tərəfindən Uşaq və Ailələrə Dəstək Mərkəzi və Sabirabad Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlanılıb, aparılan araşdırmalar və ailə ilə danışıq nəticəsində məlum olub ki, yayılan məlumat həqiqəti əks etdirmir.

Ailə tərəfindən bildirilib ki, toy mərasiminin qızın 18 yaşı tamam olduqdan sonra, 2026-cı ilin oktyabr ayında təşkil olunması planlaşdırılır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən o da bildirilib ki, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə Sabirabad Rayon İcra Hakimiyyətinin nümayəndələri uşağın hüquqlarının təmin olunmasına nəzarətin, ailə ilə maarifləndirici işin davam etdirilməsi, qanunvericiliyin tələblərinin bir daha izah edilməsi məqsədilə ailəyə yenidən səfər edəcəklər.

Qeyd edək ki, Sabirabadın Yolçubəyli kənd sakini, 35 yaşlı Orxan Mehbalıyevlə rayonun Türkədi kənd sakini, 17 yaşlı Zəhra Salmanlının (18 yaşı 2026-cı il iyunun 19-da tamam olacaq - red.) oktyabrın 15-də qız toyu baş tutmuşdu. Məlumat polisə daxil olduqdan sonra hər iki tərəfin valideynləri şöbəyə dəvət edilərək onlarla profilaktik söhbətlər aparılmış və oktyabrın 23-nə planlaşdırılan oğlan toyunun qarşısının alındığı açıqlanmışdı.скачать dle 11.3
Mojo.az Banner