Təhminə Tağı-zadə: "Bu il Azərbaycanda 13 idmançı dopinqə görə cəzalanıb"
Oxu.Az-ın xəbərinə görə, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağı-zadə "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "İdmanda hüquq və ədalət: Yeni antidopinq çərçivəsi" adı altında keçirilən beynəlxalq konfransında məlumat verib.
O bildirib ki, AMADA 2025-ci ilin ilk 10 ayında 13 idmançıya sanksiya tətbiq edib:
"Bu müddət ərzində 17 iş yekunlaşıb, 4 nəfər müxtəlif səbəblərdən sanksiya almayıb".
