Mojo.az Banner
22:01 Ürəyi təmiz, niyyəti gözəl olan bürclər  |     21:54 4-6 yaşlı uşaqlar üçün hansı oyun və tətbiqlər faydalıdır?  |     21:46 Taleh Yüzbəyovun xanımı xəstəxanaya yerləşdirildi  |     21:41 Naxçıvanda daşınmaz əmlakın dövlət qeydiyyatı 16 % artıb  |     21:41 Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb  |     21:33 Bu istiqamətə "Koroğlu"dan avtobuslar ayrıldı - PULSUZ gedəcək...  |     21:25 Tramp Tehranı vurmaqla hədələdi - FOTO  |     21:20 Göyçayda məktəb binası qəzalı vəziyyətdədir (VİDEO)  |     21:14 Belarusda səhlənkar fermerlər orduya göndəriləcək  |     21:06 Bu universitet akkreditasiya olunmuş hesab edilmədi  |     21:00 Azərbaycanda cəmi 3 həkimi olan şəhər var (SİYAHI)  |     20:53 Sabah bu rayonda qazın verilməsində fasilə olacaq  |     20:47 Elzar Ağayev yüksək vəzifəyə təyin olundu  |     20:40 Sarıcalı kəndi yaxınlığında açıq ərazidə YANĞIN BAŞLAYIB  |     20:34 Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO  |     20:26 "Facebook" və "Instagram"ın işində qlobal nasazlıq yaranıb  |     20:21 Futbola görə metronun iş rejimi 2 günlük dəyişdirilir  |     20:14 Gəmi heyəti üzvləri və sərnişinlərin siyahısına dair qaydalar təsdiqləndi  |     20:09 "Şəfa"dan yeni transfer  |     20:04 Ali təhsil pilləsində məzunlara elektron diplomların verilməsinə başlanıldı  |    
Left Banner
Right Banner

AMEA-nın vəzifəli şəxsi vəfat etdi

13.11.2025 15:05 759
AMEA-nın vəzifəli şəxsi vəfat etdi
Riyaziyyat elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutunun Laboratoriya rəhbəri Kamil Mənsimov vəfat edib.

O, bu gün dünyasını dəyişib.

Qeyd edək ki, Kamil Bayraməli oğlu Mənsimov 1950-ci ilin dekabr ayının 10-da Biləsuvar rayonunda anadan olub.

1968-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olub və universiteti 1973-cü ildə fərqlənmə diplomu ilə bitirərək təyinatla AMEA Kibernetika institutunda baş laborant kimi işə başlayıb.

1974-cü ildə həmin institutunun qiyabi aspiranturasına daxil olub və 1978-ci ildə aspiranturanı bitirərək 1979-cu ildə namizədlik dissertasiyasını müdafiə edib.

1992-ci ilə qədər həmin institutda kiçik elmi işçi, sektor müdiri, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində işləyib. 1992-ci ilin iyul ayında müsabiqədən keçərək Bakı Dövlət Universitetinin "Əməliyyatlar tətbiqi və riyazi modelləşdirmə" kafedrasının dosenti vəzifəsinə qəbul olunub. 1995-ci ildən 1998-ci ilə qədər adıçəkilən kafedranın professoru vəzifəsində işləyib.

1998-ci ildən "Riyazi kibernetika" kafedrasının müdiri işləyib. Bundan başqa, AMEA Kibernetika İnstitutunda" Mürəkkəb dinamik sistemlərdə idarəetmə" laboratoriyasına rəhbərlik edib, Prezident yanında Ali Attestasiya Komissiyasının "Riyaziyyat və mexanika" üzrə ekspert komissiyasının üzvü olub.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Tərəqqi" medalı və "Şöhrət" ordeni ilə təltif edilib.скачать dle 11.3
Mojo.az Banner