Mojo.az — elanlar
Son Xəbərlər
14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |     11:56 Havanın isti keçməsinin səbəbi açıqlandı  |     11:53 Azərbaycan nefti cüzi bahalaşıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan 2026-cı ildə istehsalçılar üçün tarif güzəştlərini genişləndirməyi planlaşdırır

12.11.2025 21:55 750
Azərbaycan 2026-cı ildə istehsalçılar üçün tarif güzəştlərini genişləndirməyi planlaşdırır

Azərbaycan gələn il idxal rüsumlarının azaldılacağı mal mövqelərinin sayını artırmağı planlaşdırır.

Median.Az "Report"a istinadən xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Ticarət və Xarici İnvestisiya Siyasəti Departamentinin Ticarət siyasəti şöbəsinin rəhbəri Həsən Əliyev Bakıda keçirilən "Asiya Kiçik və Orta Sahibkarlıq Monitorinqi 2025"in (ASM 2025) təqdimat seminarında bildirib.

Onun sözlərinə görə, ötən il hökumət 272 mal mövqeyi üzrə idxal rüsumlarının dərəcələrini azaldıb. Bunların əksəriyyəti istehsal prosesində istifadə olunan xammal və aralıq mallar təşkil edir.

"2026-cı ildə bu siyahının genişləndirilməsi və şirkətlərə xərcləri azaltmaqda dəstək göstərilməsi ilə bağlı böyük planlarımız var. Bu, onlara məhsulların keyfiyyətini artırmağa və qlobal bazarlarda öz mövqelərini möhkəmləndirməyə imkan verəcək", - H.Əliyev qeyd edib.

Son xəbərlər