Mojo.az Banner
23:01 Bəzi ərazilərdə su olmayacaq  |     22:56 Şuşada minaya düşən şəxsin son vəziyyəti  |     22:48 Azərbaycanda bu şəxslər aylıq müavinət ala bilərlər - SİYAHI  |     22:42 Türkiyədə yüzlərlə sayta GİRİŞ BLOKLANDI - SƏBƏB  |     22:34 Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ  |     22:29 Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı  |     22:24 Dörd xarici dil, iki ali təhsil, Harvard təcrübəsi: Yeni icra başçısının DOSYESİ  |     22:18 "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı  |     22:10 Prezidentin yüksək vəzifə verdiyi Məmmədiyə Məmmədovun DOSYESİ  |     22:05 Bakıda gecə saat 4-də diskoteka: Sakinlər NARAZIDIRLAR - VİDEO  |     21:57 Gədəbəy rayonuna yeni icra başçısı təyin olundu  |     21:52 Qaradağ rayonuna yeni icra başçısı təyin edildi  |     21:45 75 min manatlıq dələduzluğa görə 4 500 manat cərimə  |     21:39 Aropada Qərbi Nil virusu yayılır: 1569 yoluxma qeydə alındı  |     21:33 "Planet Kids"də işə düzəltmək adı ilə pul aldı - Məhkəmə qərar verdi  |     21:25 Azərbaycan millisi 0:16 hesabı ilə uduzdu  |     21:20 112 min manatlıq qanunsuz qumar əməliyyatı (TƏFƏRRÜAT)  |     21:12 Türkiyədə qəzada ölən Azərbaycan vətəndaşının cənazəsi morqda qalıb  |     21:07 2 manatlıq cinayət işinə məhkəmədə baxıldı - Qərar verildi  |     21:00 Gündə cəmi 10 dəqiqə: Alimlər beyni qoruyan sadə vərdişi açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda memarlıq abidəsinə zərər vurmaq cəhdinin qarşısı alınıb

31.10.2025 17:55 573
Bakıda memarlıq abidəsinə zərər vurmaq cəhdinin qarşısı alınıb
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birgə aparılan şəhərsalma monitorinqi zamanı Nəsimi rayonu, 28 May küçəsi 20 ünvanında (inv. № 2904) yerləşən memarlıq abidəsində qanunvericiliyin kobud pozuntuları aşkarlanıb.

Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Aydın olub ki, binanın fasadında və 133,4 kv.m sahəsi olan qeyri-yaşayış obyektində heç bir icazə sənədi və müvafiq qurumlarla razılaşdırma olmadan özbaşına təmir-tikinti işləri aparılıb. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən işlərin dayandırılması ilə bağlı aidiyyəti qurumlar və obyektin sahibləri əvvəlcədən xəbərdar edilsə də, qanunsuz fəaliyyət yenidən davam etdirilərək reklam banerləri ilə gizlədilməyə cəhd göstərilib.

Bu kimi hərəkətlər şəhərin tarixi-memarlıq mühitinə ciddi müdaxilə kimi qiymətləndirilir və dövlət mühafizəsində olan obyektə zərər vurur.

İşlər dərhal dayandırılıb, binanın fasadı mütəxəssislərin nəzarəti altında ilkin vəziyyətinə qaytarılır. Qanun pozuntusu faktı barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi bir daha bütün mülkiyyətçi və icarədarları xəbərdar edir ki, binaların memarlıq görkəminə edilən hər hansı qeyri-qanuni müdaxilə qanunvericiliyin kobud pozuntusu hesab olunur və pozuntuya yol verənlər barəsində qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcək.скачать dle 11.3
Mojo.az Banner